• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Tərəqqi” medallı kümçü. Bəsləsən atlas olar…

  • 02.07.2021, 17:58, Baxış sayı:
  • 369
“Tərəqqi” medallı kümçü.  Bəsləsən atlas olar…
Baramaçılıq ənənəvi təsərrüfat sahəsi olub iqtisadiyyatın yüksəldilməsində əhəmiyyətli rol oynayır. Sabirabad rayonunun kümçüləri dədə-babadan baramaçılıqla məşğul olmuş, bu sahədə ad çıxarmışlar. Əvvəllər təsərrüfatlar baramaçılığı ən gəlirli sahələrdən birinə çevirmişdilər. Elə illər olmuşdur ki, rayonda 26 tonadək barama istehsal edilmişdir. Sonralar isə baramadan üz döndərilmiş, bu sahəyə fikir verilməmişdir. Mövcud tut bağları da məhv edilmişdir. Bütün bunlara görə də kümçülərin işi ildən-ilə çətinləşmişdir. Hətta iş o yerə çatmışdır ki, kümçülər barama mövsümü başlananda yarpaq dalınca qonşu rayonlara üz tutmuşlar. Barama istehsalının azalmasına başqa amillər də təsir etmişdir. Məhsulun satınalma qiymətlərinin aşağı olması, satış pulunun vaxtında verilməməsi də kümçülərin əlini işdən soyutmuşdur.
Son illər ölkəmizdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın da inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu məqsədilə yeni tut bağları salınmış, mövcud tut bağları genişləndirilmişdir. Yaş barama istehsalına dövlət subsidiya verir. Kümçülər məhsulun kiloqramını 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Ölkə Prezidentinin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 158 min ədəd tut ağacı əkilib. Bunun da 35 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib. Movcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb.
İndi rayonda adlı-sanlı baramaçılar yetişməkdədir. Nizami kənd sakini Teymur Bəhrəmov belələrindəndir. 2018-ci ildə o, baramaçılıq sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Teymur Bəhrəmov hər il olduğu kimi, bu il də bol məhsul istehsal edərək 270 kiloqramdan çox yaş barama təhvil vermişdir.
El-obamızda deyirlər ki, bəsləsən atlas olar tut yarpağından. Teymur Bəhrəmov kimi kümçülər buna nail olurlar.

Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter