• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Hərbçilərimiz ən yüksək diqqət və qayğı ilə əhatə olunub

  • 01.07.2021, 11:32, Baxış sayı:
  • 409
Hərbçilərimiz ən yüksək diqqət və qayğı ilə əhatə olunub
Azərbaycan hərbçisi hər zaman dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunub. İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının Prezident tərəfindən artırılması bu qayğının növbəti nümunəsidir. Bu sərəncamla artım hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində olacaq. Bu da hərbçilərimizin sosial rifahının daha da yaxşılaşmasını təmin edəcək.
Ölkəmizdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İyunun 24-də 76 mindən artıq hərbçi orden və medallarla təltif olunub. Bu, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman hərbçilərimizə verilən dəyərdir. Azərbaycan əsgəri hər zaman Vətənimizin müdafiəsinə hazır olub. Şəhid və qazilərimizin döyüş yolu, ailə üzvlərinin nümunəvi davranışları, onların qüruru düşmənə ən ağır zərbə oldu.
26 iyun Silahlı Qüvvələr gününü tam fərqli əhval-ruhiyyədə qeyd etdik. Vətən müharibəsi dövründə Azərbaycan hərbçisi qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirərək, qalib əsgər obrazını nümayiş etdirdi. Bu qələbəyə qədər Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərcləri artırıldı. Ölkənin təkmil müdafiə sənayesi yaradıldı. Ordu ən müasir silahlarla təchiz edildi. Ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Beləliklə, iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar 44 günlük Vətən Müharibəsində böyük qələbəmizi şərtləndirdi. Azərbaycanda ordu hər zaman qürur və güc mənbəyi olub. Şəxsi heyətin yüksək vətənpərvərlik əhval ruhiyyəsi Azərbaycan Silahlı Qüvvələrinin ən böyük üstünlüklərindən biridir. Biz Silahlı Qüvvələrimizlə fəxr edirik.
Nail XANMƏMMƏDOV,
Ulacalı kənd tam orta
məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter