• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar

  • 01.07.2021, 11:30, Baxış sayı:
  • 362
Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar
Biz ilk dəfədir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü fərəh və sevinc hissi ilə, qələbə ruhunda qeyd etdik. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə qazanaraq adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı.
Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev orduya, əsgər və zabitlərimizə diqqət və qayğını günü-gündən artırır. 24 iyun tarixində cənab Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində iştirak edən qəhrəman zabit və əsgərlərimizə verilən orden və medallar bunun bariz nümunəsidir. 25 iyun tarixində isə “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” ölkə başçısının sərəncamı hər kəsi sevindirdi. Hərbi qulluqçuların maaşlarına əlavələrin edilməsi ən çox da hərbçiləri və onların ailəsini sevindirdi. Bu günə qədər dövlət həmişə hərbçilərə dövlət qayğısını əsirgəməyib, onların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi olaraq nümunəvi addımlar atıb, müsbət qərarlar verib. Hərbçi maaşlarının artırılması ilə bağlı da sərəncamın imzalanması hərbçilərimizin əhval-ruhiyyəsini daha da artırdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Azərbaycan Ordusunun günü-gündən daha da güclənməsi bizim üçün əsas məqsədlərdən biridir. Biz ərazi bütövlüyümüzü bərpa etdik və işğal altında olan torpaqlarımızı azad etmişik. Buna baxmayaraq Azərbaycan Ordusu bugünkündən on qat daha güclü olmalıdır. Elə bu səbəbdən də dövlət büdcəsində ordu ilə bağlı xərclər azaldılmadı, əksinə artırıldı. Çünki biz müasir dövrün tələblərinə cavab verən ordunu qurmuşuq, bu ordunu daha da inkişaf etdirməliyik və çalışmalıyıq ki, Türkiyə ordusu modelində öz ordumuzu formalaşdıra bilək. Ordu daxilində bir sıra islahatlar həyata keçirək. Müasir dövrün, elmi-texniki tərəqqinin nailiyyətlərini Azərbaycan Ordusunda tətbiq edək və müasir texnika və avadanlıqları ordumuzun inventarında artıraq. Gücümüzü qat-qat artırmalı və artan gücümüzə güc qatmalıyıq. Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar.


Əfiqə HƏSƏNOVA, təqaüdçü müəllimə
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter