• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ordu quruculuğu məsələləri daim dövlətimizin diqqət mərkəzində qalacaqdır

  • 27.02.2021, 19:59, Baxış sayı:
  • 568
Ordu quruculuğu məsələləri daim dövlətimizin  diqqət mərkəzində qalacaqdır
Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük üstünlüyə malikdir. Hazırda cəbhə xəttinin bütün istiqamətlərində düşməni qovan ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Cəmi bir ay müddətinə Azərbaycan Ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələrində, milli kimliyimizin rəmzlərindən olan Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başladı. Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hər ötən gün ərzində cəbhənin bütün istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, tankları, PDM-ləri, müxtəlif atəş sistemləri və texnikaları məhv edilərək sıradan çıxarıldı.
Gücünü praktik şəkildə göstərən ordumuzun uğurlarının səbəbi Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti altında respublikamızda həyata keçirilən hərbi quruculuqdur. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 17 ildə respublikamızda ordunun daha da gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görülüb. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüb, nümayiş etdirilən hərbi texnikaların timsalında möhtəşəm ordu quruculuğunun şahidi olub.
Azərbaycanda həyata keçirilən ordu quruculuğunun ən mühüm uğuru silahlı qüvvələrimizin döyüş imkanlarının tamamilə modernləşdirilməsidir. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları döyüş meydanlarənda gücümüzə güc qatmasının şahidi olduq.
Bu baxımdan Azərbaycan ikinci Qarabağ müharibəsində müasir döyüşlərin aparılmasının nümunələrini yaratdı. Xalqımız və beynəlxalq ictimaiyyət dövlətimizin mükəmməl hərbi gücə malik olduğunu gördü. Cəbhədə əldə olunan hər bir uğur təsdiq edir ki, ordumuzun arsenalı ən modern silah və hərbi texnika ilə zəngindir. Dünyanın hərbi baxımdan inkişaf etmiş ölkələrinin malik olduqları silahlar Azərbaycanda da var.

Samən Eyibov
Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə
Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin mühədisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter