Sabirabadda 400 qutu barama qurdu kümçülərə paylanacaq
- 26.04.2021, 19:36, Baxış sayı:
- 419
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuluyyət sahələrindən biri də baramaçılıqdır. Bu sahə hələ Sovet dövründən əmək tutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran fəaliyyət növü kimi formalaşıb.
Sabirabad rayonunda da baramaçılığı inkişaf etdirmək üçün məqsədyönlü iş aparılır. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, ötən il rayon üzrə 10 ton 276 kiloqram barama tədarük olunub. Bu ilki hədəf isə 16 tondur. Bu məqsədlə rayon üzrə 400 qutu barama qurdu kümçülərə paylanacaqdır.