• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb

  • 17.05.2021, 20:28, Baxış sayı:
  • 349
Sabirabad rayonunda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb
May ayının sonundan etibarən Sabirabadda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar “Aqroservis” ASC-nin Sabirabad regional nümayəndəliyi tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.
Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Rayon üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.
Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.
Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Təlimlərdə yüksək nəticə əldə edən mexaniztorlar sertifikat ilə təmin ediliblər.
“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter