• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

  • 08.03.2021, 11:57, Baxış sayı:
  • 565
Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir
Ölkəmizdə şəhid ailələrinə, qazilərə, ümumilikdə müharibə iştirakçılarına çox böyük diqqət və qayğı vardır. Bu qəbildən olan insanların dövlət səviyyəsində qayğı ilə əhatələnməsi, hər birinin probleminin fərdi qaydada araşdırılması və həlli istiqamətində konkret addımların atılması xalqımız tərə­findən də çox yüksək qiymət­­ləndirilir. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi, yaşayış şərtlərinin yaxşılaşdırılması, qazi­lərimizin realibitasiyası, işlə və avtomobillərlə təmin olunmaları və sair bu kimi addımlar göstərilən qayğının ana xəttini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına nəzər saldıqda aydın şəkildə bəlli olur ki, dövlət şəhid və qazi ailələrini bundan sonra da diqqət mərkəzində saxlayaraq onların hər birinə qayğı göstərəcəkdir. Bu qəbildən olan insanlarla ən yüksək səviyyədə, yəni ölkə başçısı səviyyəsində tez-tez görüşlərin keçirilməsi də ölkəmizdə onlara nə qədər ciddi önəm verilməsinin bariz nümunəsidir. Son belə tədbir fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi zamanı baş tutdu. Bu görüşdə cənab Prezident İlham Əliyev bir daha bəyan edib ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir.
Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda canından, sağlamlığından keçmiş hər bir şəxsin sosial təminatları dövlət tərəfindən qarşılanacaqdır. Belə ki, bu qəbildən olan insanlara verilən aylıq məvaciblərin məbləğinin artırılması, mənzil və avtomobillərlə təmin olunması, onların daimi olaraq qayğı ilə əhatələnməsi istiqamətində həm yerli icra hakimiyyətlərində xüsusi şöbələrin, həm də YAŞAT Fondunun yaradılması hər kəs tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanda qazilərimiz xüsusi protezlərlə təmin olunur. Yeni texnologiyalar əsasında hazırlanmış bu protezlər sayəsində əlavə cərrahi əməliyyatların keçirilməsinin qarşısı alınır. Bundan əlavə, qazilərimiz onlardan daha rahat formada yararlanır, istifadəsi zamanı əlavə çətinlik və problemlər yaratmır.
Azərbaycan dövləti bundan əvvəl də, yəni Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə də şəhid və qazi ailələrinə xüsusi diqqət göstərmişdir. Hökumət öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Bu qəbildən olan insanlarımızın sosial rifahının yaxşılaşdırılması üçün dövlət əlindən gəlini edir. Belə ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Tursun ƏZİZOV,
Axısxa kənd tam orta
məktəbinin direktoru.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter