“Soyuq və qaranlıq evdə yaşamaq artıq dözülməz həddə çatıb”
- 28.04.2021, 14:09, Baxış sayı:
- 430
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya!
Mən ikinci qrup Qarabağ əliliyəm, 3 oğlumdan ikisi Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Oğlum Elman II Qarabağ müharibəsinin iştirakçısıdır, övladlarımdan kiçiyi -İntizam isə epilepsiya xəstəsidir.
Dövlətimizin qaygısı sayəsində mənə keçən il Qarabağ əlili kimi fərdi yaşayış evi tikiblər. Noyabrdan isə həmin evdə yaşayırıq. Ancaq işıqsız. Evdə elektrikləşmə qurulsa da, lakin enerji mənbəyinə qoşulmamışdır. İşıq, qaz olmayan evdə yaşamaq Vətən fədailəri üçün nə demək olduğunu müraciət etdiyim təşkilatlar təəssüf ki, başa düşmürlər.
Soyuq və qaranlıq evdə yaşamaq artıq dözülməz həddə çatıb. Xahiş edirik, dövlətin əlillər üçün tikdiyi evə elektrik enerjisi verilsin.
Qəfərov Nizam Allahyar oğlu,
Çöl Beşdəli kənd sakini, II qrup Qarabağ əlili.