• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ötən əsrin 70-80-ci illərində “Neftçi”nin heyətində 213 dəfə meydana çıxmış həmyerlimiz Şakir Qəribov

  • 27.04.2021, 21:00, Baxış sayı:
  • 574
Ötən əsrin 70-80-ci illərində “Neftçi”nin heyətində 213 dəfə meydana çıxmış həmyerlimiz Şakir Qəribov
Ötən əsrin 70-80-ci illərində “Neftçi”nin heyətində 213 dəfə meydana çıxmış həmyerlimiz Şakir Qəribov
Ötən əsrin 70-80-ci illərində “Neftçi”nin heyətində 213 dəfə meydana çıxmış həmyerlimiz Şakir Qəribov
və yaxud Sabirabadın “İnşaatçı” komandasını qələbəyə aparan məşqçi

Qəribovlar ailəsində 8 uşaq böyüyüb – 6 qardaş, 2 bacı. Dadaş dayı Böyük Vətən müharibəsində iştirak edib. Müharibəyə gedəndə 2 oğul atası olan veteranın 3-cü uşağı da dünyaya gəlməli imiş. Hitler imkan verməyib ki, 3-cü oğlunun üzünü görsün. Davadan qayıdanda isə... Şakir müəllim o dövrlə bağlı maraqlı bir əhvalat danışdı: “Ailənin 7-ci uşağı olmuşam. Atam müharibədən 1946-cı ildə qayıtmışdı. 3-cü qardaşım atamın üzünü görməmişdi. O, müharibəyə gedəndən az sonra dünyaya gəlmişdi. Atam əsgər getdiyinə görə qardaşımın adını Əsgər qoymuşdular. Atam müharibədən qayıdanda Əsgər anamdan soruşmuşdu – ay ana, bu kişi kimdi, bizə gəlib?. Anam da qayıdıb ki, a bala, atandı da, müharibəyə getmişdi, indi qayıdıb. O vaxtlar ailədə çox uşağın olması ənənə idi. Uşağı çox olan ailəyə varlı ailə kimi baxırdılar. Soruşa bilərsiniz, bu boyda uşağı atam necə dolandırıb? Müharibədən sonra atam bir müddət nöyüt satıb. Sonradan həmin çayxananı işlətməyə başlayıb. Atam samovarı ilə o boyda külfəti saxlayırdı. Düzdür, elə də təmtəraqlı yaşayışımız yox idi, kasıbçılıqıydı. Amma əsas mehribançılığın olmasıydı”.
Özünü tanıyandan evlərinin yanındakı bağda top qovan Şakir Qəribov futbolla yanaşı, voleybol və stolüstü tennislə də məşğul olub. Yeri gəlmişkən, Şakir müəllim stolüstü tennis üzrə ustalığa namizəddir. İdmana olan sevgisi dərslərə marağı azaldıb. Maraqlıdır ki, Şakir müəllim məktəbə 1961-ci ildə – 5 yaşında gedib. 5-ci sinfə kimi yaxşı oxuyub. Gəl ki, 6-cı sinifdən etibarən təhsili futbola qurban verib. Bu səbəbdən də 9-cu sinifdə 2 il oxuyub. Mikayıl Müşfiq adına məktəbdə riyaziyyatı tədris edən İbrahim müəllim 3 rüb ardıcıl qeyri-kafi qiymət aldığına və dərslərdən yayındığına görə şagirdini sinifdə saxlayıb. Balaca Şakirin uşaqlığı o qədər də maraqlı keçməyib. Boş vaxtlarını futbol oynamaqla yanaşı, Dadaş dayının çayxanasında keçirir, atasına kömək edirmiş. Odun daşımaqdan, stəkanları yumaqdan çay paylamağa kimi hər bir işlə məşğul olurmuş.
“Evimizin yaxınlığında yerləşən Mikayıl Müşfiq adına orta məktəbi bitirmişəm. Məktəbə getməyimin də qəribə tarixçəsi olub. Hələ 6 yaşım tamam olmamışdı, adımı birinci sinifə yazdıranda. Uşaqlar məktəbə gedən zaman onların arxasınca ağlayırdım. Bir gün atam dedi ki, çantanı götür, gedək məktəbə. Məktəbin direktoru atamla tanış idi. Qardaşlarımdan birinin paltarını geyindim, o birinin çantasını götürdüm və atamla məktəbə yollandım. Amma direktor atama dedi ki, yaşı azdır. Atam da xahiş etdi ki, Hüseynağa müəllim, bir müddət gəlsin, oxuya bilsə, ikinci sinifə keçirərsiz, bacarmasa, gələn il yenə birinci sinifə gedər. Məktəbə tez getməyimin futbol oynamağıma da təsiri oldu. Evimizin yanında bağ var idi və orda çoxlu ağac əkilmişdi. Yarış qurmuşduq, kim ağacların arasından topla sürətli keçə bilər, 15-20 metlik məsafədən nazik ağacı kim vura bilər və s. Məktəbdə yaxşı futbol oynadığıma görə Uşaq Gənclər İdman Məktəbinə dəvət etdilər. Daha sonra Sabirabadın birinci komandasına qoşuldum.
Şakir müəllimin “Neftçi”yə düşməsi də maraqlı olub. SSRİ dönəmində hər bir rayonda İdman Məktəbi fəaliyyət göstərirdi və həmin məktəblərin təşkilatçılığı ilə gənc futbolçular müxtəlif rayonlara yarışlara aparılırdılar. Həmin yarışlarda özlərini göstərə bilən uşaqlar haqqında məlumatları Bakıya – İdman Komitəsinə oyunları izləyən məşqçilərlə yanaşı, hakimlər də ötürürdülər. Bir növ seleksiyaçı-məşqçi idilər. Sabirabadlı uşaqlardan Şakir Qəribovla Ruslan Həbibovu gözaltı edən həmin seleksiyaçılar Göygöldəki oyundan sonra hər iki futbolçunu hər il Bakıda keçirilən perspektivli futbolçuların turnirinə dəvət edirlər. Baş məşqçi Eldar Dərgahov üçün bundan gözəl hədiyyə ola bilməzdi. Həmin turnirin məqsədi respublikanın müxtəlif rayonlarından çağırılmış futbolçular arasında seçim etməklə istedadlı futbolçuları üzə çıxarıb onları ustalardan ibarət komandalara göndərmək idi. “Spartak” stadionunda bakılılardan ibarət “Bakı-1” və rayon uşaqlarının təşkil etdiyi “Bakı-2” komandası arasında keçirilən oyundan sonra həm Qəribov, həm də Həbibov məşqçilər tərəfindən bəyənilirlər və onlara yenidən dəvət göndəriləcəyi bildirilir. Bu hadisə 1973-cü il oktyabrın sonlarında baş verib. Sabirabada qayıdan Qəribov məşqlərini davam etdirməklə yanaşı, boş vaxtlarında çayxanada atasına gömək edir. Şad xəbər də ona çayxanada iş başında olarkən çatdırılır: “Çayxanamız evimizin yanındakı avtobazanın həyətində idi. Həmişə olduğu kimi, atama kömək edirdim. Bir poçtalyonumuz var idi, İbrahim. Bir də gördük ki, qaça-qaça böyük qardaşım Bəhrəmə yaxınlaşıb muştuluq istəyir. Teleqramı göstərərək mənim “Neftçi”yə çağırldığımı söylədi…”.
“17 yaşımda “Neftçi”yə çağırdılar. Həmin vaxt “Neftçi”də 3 qrup – əsas heyət, əvəzedicilər və bizim kimi gənclərdən qurulmuş komanda var idi. Əvəzedicilərdə məşq etdik, xoşlarına gəldik. Ruslanla mənim Bakıda qalıb məşq etməyimiz üçün 110 manat təklif etdilər. Digər variant isə Gəncədə oynamaq idi. Onda Gəncə də güclü idi. Biz də oynamaq üçün Gəncəni seçdik. İki il orada oynadım. 1975-ci ildə hərbi xidmətə yollandım. Krasnodara düşmüşdüm. Sonra general Popovun teleqramı əsasında Bakıya, OİK-ə döndüm. İki ili bu komandanın heyətində keçirdim. 1976-cı ildə “Neftçi” birinci dəstədə oynayırdı və baş məşqçi Gennadi Bondarenko idi. Həmin vaxt OİK-lə “Neftçi” həftədə bir dəfə yoldaşlıq oyunu keçirirdi. Bondarenko Vaqif İbrahimovla məni bəyənib “Neftçi”yə dəvət etdi. Amma əsgərliklə əlaqədar pasportumuzu təhvil verdiyimizdən, bizi qeydiyyata sala bilmədilər. Məcbur olub, xidmətin sonuncu gününə qədər OİK-də qaldıq. Nəhayət, 1977-ci ildə “Neftçi”yə keçidim baş tutdu və 160 manat maaş qarşılığında oynamağa başladım. Altı ay ərzində əsas heyətə düşdüyümə görə, əmək haqqım 250 manata çatdırıldı. Arada 2 illik fasilə olmaqla 1988-ci ilə qədər “Neftçi”də çıxış etdim. Karyeramın son aylarını isə Gəncədə keçirdim. Həmin vaxt Anatoli Banişevski baş məşqçi idi. Dedi ki, gəl 6 ay kömək elə, sonra yanımda qalıb, məşqçi kimi çalışarsan. Razılaşdım, amma sonra o, komandada qalmadı. Mən də ilin sonunda işləmək üçün Sabirabada yollandım. Özümü sınamaq istəyirdim. Buna görə də işə öz rayonumuzdan başladım. Məşqçi olmaq asan deyil. İlk illərdə Ağasəlim Mircavadovun mənə köməyi çox oldu. Dedi ki, sənin xarakterin bu işin öhdəsindən gəlməyinə imkan verir. Tez-tez Ruslan Abdullayevi, Ağasəlim müəllimi oyunlarımıza dəvət edir, çatışmazlıqlar haqda fikirlərini dinləyir, aradan qaldırırdım. Görülən işlər bəhrəsini verdi və 1989-cu ildə Sabirabadın “İnşaatçı” komandası Azərbaycan birinciliyinin qalibi oldu. Bu məndə inam yaratdı. Sonra Bakıya gəldim, müxtəlif illərdə klublarda, eləcə də əsas millidə və aşağıyaşlı yığmalarda məşqçi, baş məşqçi kimi fəaliyyət göstərmişəm”.
…Şakir müəllim futbolçu olanda özünə söz verib ki, karyerasını bitirəndən sonra evlənəcək. O vaxt yaşlı futbolçular gənclərə evlilərin ailə qayğılarının artdığını, problemlərin çoxaldığını əsas gətirərək gec evlənməyi məsləhət görürdülər. Axı, ailə həyatı karyeralarına pis təsir göstərə bilərdi. Amma o, 1983-cü ildə, 27 yaşında ailə həyatı qurub. Bir qızı var.
İ. DƏMİRQAYA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter