• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP-ın tarixində yeni mərhələ

  • 13.03.2021, 16:09, Baxış sayı:
  • 405
YAP-ın tarixində yeni mərhələ
Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyamızın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır. Bir sıra partiyaların YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palit­rasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycanın güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiyamızın sədrinin birinci müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İndiyə qədər əldə etdiyimiz bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban xanımın YAP sədrinin birinci müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha effektiv və çevik şəkildə cavab verməsinə zəmin yaradacaq.
Qurultayda YAP-ın sədri, Prezident İlham Əliyev partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı. Bu da ondan irəli gəlir ki, artıq reallıqlar dəyişib. Vətən müharibəsindəki qələbədən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. Yaşadığımız hibrid müharibə çağının reallıqlarına uyğun olaraq, YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalı, bir sipər funksiyasını yerinə yetirərək dövlətimizə yönəlmiş hibrid təhdidlərin zərərsizləşməsində önəmli rol sahibi olmalıdır.
Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək.
Mirsahib HADIYEV,
Rayon Ağsaqqallar Şurasının üzvü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter