Dövlətin, cəmiyyətin, fərdlərin inkişafına xidmət edən bu proqramın iqtisadi, siyasi və mədəni sahədə həyata keçirilən yeni islahatlar üçün əsas meyardır. Bu məqsədə çatmaq üçün başlıca vəzifə dövlətin iqtisadi, siyasi gücünü artırmaq, dünya arenasında nüfuzunu möhkəmləndirmək, ölkələrarası rəqabətə hazır olmaq və bu sahədə müəyyən edilmiş islahatları inkişaf etdirməkdən ibarətdir. Dövlətin inkişafı cəmiyyətin yüksəlməsinə, cəmiyyətin yenilənməsi fərdlərin müasirləşməsinə təkan verən amillərdir. Bu gün cəmiyyətin bütün sahələrini əhatə edən məqsədyönlü islahatların müvəffəqiyyətlə aparılması onu deməyə əsas verir ki, Ölkəmizdə «Azərbaycan 2030» sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi üçün zəmin vardır və güclü imkanlara malikdir. Yaxın gələcəkdə dünya Ölkələri bu reallığın da şahidi olacaqdır.
Vətən Müharibəsində əldə etdiyimiz qələbə ilə biz öz gücümüzü və üstünlüyümüzü bir daha təsdiqlədik. Ümid edirik ki, bu qələbə zəfəri ilə Azərbaycanda başlanan böyük inkişaf mərhələsi də uğurla davam etdiriləcək., yeni ifnrastruktur layihələri çərçivəsində, mövcud resurslardan istifadə etməklə regionların şəhər tipli yaşayış yerlərinə çevirilməsinə keçid mərhələləri sürətlənəcək, əhalinin məskunlaşma prosesinin reallaşması həyata keçəcəkdir.
Vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, yeni texnologiyalar dövrünə uyğunlaşdırılması, sosial rifah halının yaxşılaşdırılması, işsizlik və yoxsulluq hədinin aşağı səviyyəyə endirilməsi istiqamətində dövlət siyasətinin uğurla həyata keçirilməsi xoşbəxt gələcəyimizin təminatına əsas verir.
«Azərbaycan 2030» sosial-iqtisadi inkişaf proqramında insan amillərinin formalaşması, müasir və güclü təhsil sisteminin qurulması, savadlı, yaradıcı və sağlam nəslin yetişməsi kimi prioritet məsələlərdə geniş əksini tapmışdır. 30 ilə yaxın erməni işğalından azad olunmuş torpaqlarımızda digər infrastruktur layihələri ilə yanaşı müasir tipli təhsil şəbəkəsinin yaradılması da proqramın əsas tərkib hissəsi olaraq böyük əhəmiyyət kəsb edir.
İnanırıq və ümid edirik Xalqın dövlətə, dövlətçiliymizə olan etimadı «Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramının dinamik sürətlə yeni müstəvi xəttlə uğurla həyata keçiriləcəyinə təminat verəcəkdir.
Şükufə Əsgərova,
Sabirabad Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru,
«Əməkdar mədəniyyət işcisi»