Fiziki şəxs kimi vergi orqanından qeydiyyatdan keçmişəm və mikrosahibkar kimi fəaliyyət göstərirəm. Özüm mebel ustasıyam. Vergi orqanı deyir ki, sən fərdi şəxs kimi daha fəaliyyət göstərə bilmərsən. Ən azı 3 nəfər işçin olmalıdır. Çalışın bu halda illik gəliriniz 200 000 manatı keçməsin, DSMF-də borcunuz olmasın. Bu prosedur necə həyata keçiriləcək?
Cavab: Sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq" subyektlərinin bölgüsümeyarına əsasən. Mikrosahibkarın orta işçilərinin sayı 1-10 olmalıdır. İllik gəliri isə 200 000 manatı keçməməlidir. Yeni dəyişkiliyə əsasən Vergi Məcəlləsinin 102.1.30 maddəsinə görə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi güzəşt edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Misal-1: Siz yanvar ayında tək, fevralda 5, mart 1, aprel 3, mayda 4, iyunda 5, iyulda 4, avqustda 3, sentyabrda 4, oktyabrda 2, noyabrda 2, dekabrda 2 ümumilikdə il ərzində 36 işçiniz olub bunu 12 rəqəminə böləndə hər aya 3 nəfər düşür. Qanunda qeyd olunduğu kimi 3 nəfərdən az deyil. Həmin şəxsləri də işə cəlb edəndə onların DSMF-yə borcu olmamalıdır. Belə olan halda siz 75 faiz güzəştdən istifadə edə bilərsiniz.
Sizin mikrosahibkar olaraq 2024-cü ildə 180 000 dövriyyəniz olub yəni Nazirlər Kabinetinin meyyarına əsasən 200 000 manatı keçməmisiniz. İşçiniz olmayıb tək işləmisiniz. Bu halda sizin orta aylıq muzdlu işçi sayı
3 nəfərdən az olduğuna görə siz 75 faiz güzəştdən istifadə edə bilməyəcəksiniz. Gəliriniz 100 000 manat olub və buradan 20 000 vergi məcəlləsində nəzərdə tutulan xərciniz olub. 100 000 - 20 000 = 80 000 * 20% = 16000 gəlir vergisi ödəyəcəksiniz.
Əgər orta aylıq işçi sayı 3 nəfər olsa idi o halda 80 000 * 75% = 60 000 güzəşt olunacaq idi. 80 000 - 60 000 = 20 000 *20% = 4000 manat vergi ödəyəcəydiniz.
Ştat vahidi Burada ştata işçinin götürülməsinin 0.25, 0.5 və 1 olması fərq etmir. Amma vergi görsə ki, siz işçi ilə 0.25, 0.5 əmək müqaviləsini vergidən yayınmaq üçün bağlamısınız o halda aşağıdakı maddəni tətbiq edə bilər.
Vergi Məcəlləsinin 13.2.70 maddəsində qeyd edilir ki, vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.DSMF borcu olub-olmamasıDSMF borcu olub-olmaması isə konkret tarix göstərilməyib. Mikrosahibkarın özünün DSMF borcu olmamalıdır. Hesab etsək ki, dsmf hesabatı rüblük verilir. Buradan qeyd edə bilərik ki, rüb ərzində borc qapadılmalıdır və
rüblük hesabat verildiyi zaman dsmf borcu olmamalıdır. 3 təqvim iliVergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Misal-2: Siz 2025-ci ildə mikrosahibkarlıq kateqoriyasından çıxaraq kiçik sahibkarlq kateqoriyasına keçirsiniz. Daha üst kateqoriyaya. 2025-ci ildən əvvəlki 2022, 2023, 2024-ci illərdə ödədiyiniz gəlir vergisinin 75% güzəştiniz olub 10 000 manat.
Siz bu güzəştdən istifadə etməmisiniz. Kiçik sahibkarlıq subyektinə keçid aldıqda sizin büdcəyə gəlir vergisi olaraq 30 000 manat köçürməli olduğunuz halda, yuxarıda göstərilən həmin 10 000 manat bu 30 000 çıxılır. 30 000 - 10 000 = 20 000 gəlir vergisi köçürəcəksiniz.
Sənəd var, mal və xidmət yoxdurVergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
Misal -3: Sizin illik dövriyəniz 180 min manatdır. Bu dövriyyənin 50 000 manat hissəsinin mal almadan, xidmət göstərmədən sənədlə iş görmüsünüz.
Vergi Məcəlləsinin 13.2.81 maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır.
Bu zaman 180 000 manatdan - 50 000 manat çıxılaraq = 130 000 manat
hissəyə 75% güzəşt tətbiq ediləcəkdir, 50 000 manat hissə isə əmtəəsiz əməliyyat olduğu üçün həmin dövriyyəyə
75% güzəşt tətbiq edilməyəcəkdir.Sualı cavablandırdı: İqtisadçı Rauf QARAYEV