Gəlir vergisindən azadolmalar və güzəştlər
Hazırkı məcəllədə olan maddə
102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:
102.1.3.1. hədiyyələrin, təhsil
və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi,
xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə
haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiqedən müvafiq sənədlər təqdim edilmiş olsun.
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.
Təklif olunan dəyişiklik
102.1.3-cü maddə üzrə:
102.1.3.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;”
102.1.3.1-ci maddənin ikinci abzasında “haqları” sözü “(o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət” sözləri ilə əvəz edilsin;
102.1.3.1-ci maddənin ikinci abzası müvafiq olaraq üçüncü abzas hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40000 manatadək olan hissəsi;”;
Yeni anlayış102.1.3.1. hədiyyələrin, təhsil üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi;
“Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi;”;
Təhsil və ya müalicə
o cümlədən cərrahiyyə əməliyyatı üçün ödəmək üçün maddi yardım, birdəfəlik almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
P.S. Qara hərflərlə olunan əlavələrdir.
İzah -1: Maddəyə əlavə edilən dəyişiklikdən də görünür ki, müalicə haqqları dedikdə cərrahiyyə əməliyyatının nəzərdə tutulur və məbləğlərdə artırılıb. Yalnız cərrahi zamanı maddi yardımın ölkə daxilində 10 000 manatadək olan hissəsi vergidən azaddır. Xaricidə cərahiyyə olunan maddi yardım zamanı 40 000 manat olan hissəsi vergidən azaddır.
Hazırkı məcəllədə olan maddə
102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:
YoxdurTəklif olunan dəyişiklik və yeni anlayış
Aşağıdakı məzmunda 102.1.3.3-cü və 102.1.3.4-cü maddələr əlavə edilsin:
“102.1.3.3. şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 10000 manatadək olan hissəsi;
102.1.3.4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların əldə etdiyi maddi yardımın 10000 manatadək olan hissəsi.”
İzah-2: Əlavə şəhid ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara edilən güzəşti özündə əks etdirir. Belə ki, maddədən də görünür ki, onların əldə etdiyi maddi yardımın 10000 manatadək olan hissəsi vergidən azaddır.
Hazırkı məcəllədə olan maddə
102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları,
dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.
Təklif olunan dəyişiklik
102.1.4-cü maddəyə “dövlət təqaüdləri,” sözlərindən sonra “hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və” sözləri, “işçilərə” sözündən sonra “, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə” sözləri əlavə edilsin;
Yeni anlayış
102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri,
hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə
habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar
P.S. Qara hərflərlə olunan əlavələrdir.
İzah - 3: Hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələri sözləri əlavə edilib. Belə ki, maddənin qeydi daha da genişlənərək vergidən azad edilənlərin həcmi artırılıb.
Hazırkı məcəllədə olan maddə
Yoxdur
Təklif olunan dəyişiklik və yeni anlayış
Aşağıdakı məzmunda 102.1.25-1-ci maddə əlavə edilsin;
“102.1.25-1. Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir;”
İzah - 4: Yeni yarımbənddir. Bu yarımbənd göründüyü kimi Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad olunmasına özündə əks etdirir. Misal olaraq. Bank Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxsin kredit borcunu 10 000 manatını öz gəliri hesabına silir. Bu halda onun 10 000 gəliri vergidən azaddır.
Hazırkı məcəllədə olan maddə102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
Təklif olunan dəyişiklik
102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilsin;
Yeni anlayış102.1.30.
“Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
P.S. Qara hərflərlə olunan əlavələrdir.
İzah - 5: Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azaddır. Yəni gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə düzgün aparan mikro sahibkar olan fərdi sahibkar sahibkarlıq gəlirinin 75 faizi vergidən azaddır.
Hazırkı məcəllədə olan maddə
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.
Təklif olunan dəyişiklik
102.8-ci maddədə “yaranır” sözü “tətbiq edilir” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.”
Yeni anlayış
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
“Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.”
P.S. Qara hərflərlə olunan əlavələrdir.
İzah - 6: Göründüyü kimi maddə özündə əmək haqqı tutulmaları zamanı əldə olunan güzəşti özündə əks etdirir.
Misal - 1: A şəxs müharibə ilə əlaqədar əlliyi olan şəxsdir və “AB” MMC-də işləyir. Əmək müqaviləsinin elektron sisteminə işə rəsmi olaraq başla tarixi 01.11.2021-ci ildə göstərilib. Vergi Məcəlləsinin 102. 2 maddəsinə əsasən onun aylıq gəliri 400 manat məbləğində vergidən azaddır.
Lakin o müharibə əlili olması ilə bağlı təsdiq edici sənədi “AB” MMC-yə 03.11.2021-ci ildə təqdim edib. Bu halda onun güzəşti 03.11.2021 sənədi təqdim etməsinə baxmayaraq 01.11.2021-ci ildən nəzərə alınacaq.
Rauf QARAYEV, iqtisadçı-ekspert