• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vergi Məcəlləsində dəyişiklikdən sonra qəbzlə bağlı cərimənin artacağı gözlənilir

  • 09.11.2021, 00:11, Baxış sayı:
  • 838
Vergi Məcəlləsində dəyişiklikdən sonra qəbzlə bağlı cərimənin artacağı  gözlənilir
Təklif olunan dəyişklikdən sonra yeni anlayış

58.12. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə habelə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanununun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə” :

58.12.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;

58.12.2. təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İzah: Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq,çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digəroxşar fəaliyyət Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği (manatla) 20 manatdır. Bakı şəhərində fəaliyyətində göstərilmə aylıq vergi əmsalı 2-dir. Bu fəaliyyətlə məşğul olanlar ayda 40 manat vergi verirlər. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən əlavə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanununun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə” dedikdə nə başa düşülür?

Aşağıdakı şəxslər 14.5.1 -1. -14.5.1- 1.9 maddə qeyd olunan şəxslərdir

14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: [37]
14.5.1-1.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
14.5.1-1.2. fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
14.5.1-1.3. çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.4. saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.5. fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.6. nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.7. fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.8. fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Bu şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzin alınmamasına görə onlara aşağıdakı maliyyə sanksiyası tətbiq ediləcək.

1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;

2. təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İzahımızı toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət olan şəxslər üçün qeyd etdiyimizdən, onlar qanunla minimum aylıq əməkhaqqının 5 faizi miqdarında dsmf ödənişi etdiyi üçün yəni 250*5% = 12.50 manat dsmf ödənişi edir.

Sosial sığorta haqqında qanunun 14.5.1-2. Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
12.50*2 = 25 manat dmsf ödənişi edir.

Sosial sığorta haqqında qanunun 14.6-1 maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir. Yəni 25 manat qəbz alınarkən ödənilir.

Yeni dəyişkliyə əsasən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzin alınmamasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında; Yəni 25 manatın *40% = 10 manat. + yuxarıda qeyd olunan 40 manat vergi ödənişin 40 faizi = 16 manat. Yekun: 16 + 10 = 26 manat.

Təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yəni 25 manat + 40 (vergi) manat = 65 manat cərimə olunacaqlar.

Rauf Qarayev, iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter