• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kapital bankdan müştərinin narazılığı

  • 06.09.2023, 16:40, Baxış sayı:
  • 485
Redaksiyaya daxil olan məktubda Nadim Quliyev Kapital bankdan şikayət edir. Onun sözlərinə görə 2018-ci ildə Kapital bankdan ona qızıl kart veriblər. Bu kartın müddəti 2028-ci ilə kimidir. Kartın üstün cəhəti odur ki, kredit götürdükdə onun sahibinə müəyyən güzəştlər olacaq. Həmin dövr ərzində digər banklarda kredit faizləri aşağı olsa da, bu təklifə görə, N. Quliyev bu günə kimi krediti Kapital bankdan götürüb, amma bu günə kimi ona hər hansı güzəşt və ya bonuslar karta daxil olmayıb. Şikayətçi nəticədə yalnız Bir Bank proqramını yüklədikdən sonra məsələnin üstünə düşüb. Kart həmin sistemdə aktiv görünsə də 01.09.2020-ci il tarixindən kart qeyri-müəyyən müddətə bağlanmışdır.
Kapital bankdan müştərinin narazılığı
























İqtisadçı Rauf Qarayevin sözlərinə görə bu məsələ marketinq hiyləgərliyidir. Buna başqa ad vermək olmur. Heç bir xəbərdarlıq olmadan kartın fəaliyyəti dayandırılır. Burda müştəri nə itirir.
1. Mənəvi zərər. Müştəri banka ümid edib, digər banklardan kredit götürmür və nəticədə bu halla qarşılaşdıqda psixoloji sarsıntı da keçirə bilər.
2. Maddi ziyan. Müştəri digər banklardan aşağı faizlə kredit götürə bilərdi. Amma bu üstünlüyə görə o digər banklardan imtina edir. Görünən odur ki, bu müddət ərzində onun kartına əlavə bunuslar və götürdüyü kreditdə faiz güzəşti olmayıb bu isə maddi ziyandır.
3. Bankın bu addımını marketinq hiyləgərliyi kimi qiymətləndirmək olar. Nəticədə o bu hiyləgərliklə öz nüfuzuna xələləl gətirir. Belə bir böyük bankın bu formada cılız işlə məşğul olması, təqdirəlayiq deyil. Çünki ölkədə 4 iri bankdan biri də, Kapital bankdır. Təəssüf olsun ki, bu faktların olması, onun fəaliyyətinə mənfilik gətirəcək.
Bununla bağlı şəxs göründüyü kimi bankdan imtina cavabı alıb. Demək onun atdığı adımlar aşağıdakı ola bilər.
Mərkəzi banka şikayət.
Məhkəməyə müraciət. Məhkəməyə müraciət, vaxt baxımdan ötməyib çünki bu günə kimi, kart Bir bank proqramında aktiv kimi qeyd olunub. Demək bu da ona əsas verir ki, şəxs 1 ay ərzində məhkəməyə müraciət etsin. Əsas da, müddətin buraxılmaması baxımından Bir Bank proqramında olan aktivlik statusunu əsas gətirsin.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter