Dələduzlar son zamanlar, "PAŞA Bankın" adından daha çox istifadə edirlər
- 19.06.2023, 16:59, Baxış sayı:
- 275
Facebook
Вконтакте
Одноклассники
Google+
Dələduzlar son zamanlar "PAŞA Bankın" adından daha çox istifadə edirlər
2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. İnvestisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib.
2021-ci ildə Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib. Buna əsasən son zamanlar Paşa bankla bağlı dələduzluq WhatsApp mesajları artmaqdadır. Dələduz qurbanı özünə cəlb etmək üçün sual verir. Bir neçə dəqiqə sözünüzü kəsə bilərəm. Artıq müsbət cavab aldıqda, oyunun digər qaydalarına keçir. Ən çoxda ABŞ nömrələrindən bu formada mesajlar gəlir. Hətta uyğun olsun deyə Azərbaycan adlarından istifadə olunur. Paşa Kapitalın iş şöbəsindənəm qeyd olunub. Paşa bank yox Paşa Kapital. Ölkədə Paşa sözü çox vaxt Paşa holdinq və bankla bağlı olduğundan, bəzi şəxslər buna inanıb qoyulan qaydaya uyğun həkət edirlər. Sadə bir təklif qeyd olunur. Yutub platforması üzərindən bəyənmə. Sonra isə digər sosial şəbəkələrdə bəyənmələr edilməsi. İlk növbədə qeydlər edildikdən sonra, siz qeydiyyatdan keçdikdən sonra ilk olaraq sizə qeyd olunan məbləğ kartınıza yüklənir. Amma sonra isə daha böyük məbləğ təklif olunur və onun alınması üçün, sizdən də ödəmə tələb olunur. İlk halda kiçik məbləğ qazandıqdan sonra, sizdə inam yaranır, nəticədə digər ödənişdə böyük məbləğ ödəməklə sizi məbləğ itirirsiniz. Sonra isə şikayətlənirsiniz. Səbəb odur ki, diqqətli olmadığınızdan və daha çox vəsait əldə etmək üçün nəfsinizə hakim kəsilmədiyinizdən aldanan siz olursunuz. Hesab edirəm ki, vətəndaşlar mesajlara bir balaca diqqətli olsalar belə tələlərə düşməzlər.
Rauf QARAYEV, iqtisadçı.