• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şirkətin satdığı maldan ƏDV tutulur, amma mən ƏDV-ni geri ala bilmirəm. Niyə?

  • 18.08.2023, 23:41, Baxış sayı:
  • 350
Şirkətin satdığı maldan ƏDV tutulur, amma mən ƏDV-ni geri ala bilmirəm. Niyə?
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir.
İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır.
Suala diqqət etsək görərik ki, alış-veriş edən həqiqətən də fiziki şəxsdir. Adi sıravi insan. Təşkilat deyil.
İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Şəkildən görünür ki, satıcı ƏDV ödəyicidir. 9 manat 70 qəpiyinin 18 faizi (ƏDV) 1 manat 48 qəpik edib.
Üçüncü satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
Şirkətin satdığı maldan ƏDV tutulur, amma mən ƏDV-ni geri ala bilmirəm. Niyə?
Burdan görünür ki, satıcı yeni nəsil kassa aparatlarından istifadəçisidir. Çek də Vergi Məcəlləsinin 50.8 maddəsinə tam uyğun gəlir.
Bəs niyə ƏDV geri qaytarılmır?
ƏDV Fİskal İD daxil edirsiniz nəticədə ekranda belə qeyd çıxır.
Şirkətin satdığı maldan ƏDV tutulur, amma mən ƏDV-ni geri ala bilmirəm. Niyə?
Daxil etdiyiniz çeki aldığınız obyektin fəaliyyəti, ƏDV-nin geri qaytarılmasına əsas verən pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun deyil.
Əlavə məlumat almaq üçün çeki təqdim etmiş vergi ödəyicisinə müraciət edə bilərsiniz.
Vergi Məcəlləsinin 165.5 maddəsinə baxaq.
165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Maddə qeyd olunur ki, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentininn 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanına nəzər yetirək. Fərman fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası ilə bağlıdır.
Ümumi müddəalar birinci hissədində qeyd olunur.
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir.
1.2. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.
1.3. İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV bu Qaydaya əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.
1.4. İstehlakçının bu Qayda ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində ƏDV-nin qaytarılmasını tələb etmək hüququ yarandıqda, istehlakçı, seçiminə uyğun olaraq sözügedən qaydalardan yalnız birinə əsasən, ödənilmiş ƏDV-nin qaytarılmasını tələb edə bilər.
1.5. Alınmış mallara və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank qaytarır.
ƏDV geri qaytarmaq mümkün olmadı və siz həmin şirkətə müraciət edin. Həmin şirkətin adına baxaq. AQRAR İNNOVASİYA VƏ TƏCHİZAT ŞİRKƏTİ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİDİR. Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Azərbaycanın müxtəlif bölgələrində təsərrüfatla məşğul olan fermerlər öz bölgə və rayonlarından kənara çıxmadan müxtəlif istehsal tələbatlarına cavab verən kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğuldur. Şirkətin öz saytı aisco.az saytıdır. gubre.az amart.az onun şəbəkəsinə daxil olan saytlardır. Əsasən miniral gübrələrin satışı ilə məşğuldur.
Şirkətin satdığı maldan ƏDV tutulur, amma mən ƏDV-ni geri ala bilmirəm. Niyə?
Vergi Məcəlləsinin 164.1.31-cü maddəsinə əsasən aşağıdakı əməliyyat ƏDV-dən azad edilmişdir:
Mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
Göründdüyü kimi qeyd olunan şirkət gübrələrin satışı ilə məşğul olduğundan və o digər mal satsa da, həmin mal ƏDV-dən azad edilməsə də, və qanuna uyğun olaraq həmin maldan ƏDV tutulsa da, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası siyahısına daxil deyil. Bu baxımdan qeyd olunan malın ƏDV geri qaytarılması mümkün olmamışdır.
İqtisadçı Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter