ƏDV gerialla bağlı maddədə dəyişiklik olacaq
- 10.11.2021, 20:04, Baxış sayı:
- 993
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni anlayışa nəzər yetirək
Vergi Məcəlləsinin 165.5. maddəsi. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) görə habelə tibbi xidmətlərin göstərilməsinə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Göründüyü kimi, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alanlara gələn ödədikləri ƏDV-nin nağd qaydada 10 faizi, nağdsız qaydada isə 15 faizi geri ödənilməyəcək.
Müsbət məqam ondan ibarətdir ki, maddəyə habelə tibbi xidmətlərin göstərilməsi sözü əlavə olunub. Bu o deməkdir ki, sizə hər hansı bir tibbi xidmət olduğu zaman sizin aldığınız çek Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun olarsa bu halda siz tibbi xidmət üçün ödədiyiniz ƏDV nağd qaydada 10 faizi, nağdsız qaydada isə 15 faizi geri ala biləcəksiniz.
Yuxarıda qeyd olunanları misallarla qeyd edək.
Misal – 1. Siz 100 000 manatlıq avtomobil alrısınız. Aldığınız avtomobilin ƏDV-si 15254 manat 24 qəpik edir. Avtomobil əgər istisna olan qeydə əlavə edilməsə idi o halda nağd qaydada 1525.42 manat geri ala bilərdiniz. Nağdsız qayda (bank kartı, bankdan köçürmə yolu ilə) 2288, 14 manatını ala biləcəkdiniz. İndiki halda artıq Sizin əldə etdiyiniz çek Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğu olsa belə bundan yararlana bilməyəcəksiniz. Yeni əlavələrə əsasən buna alkoqollu içkilər tütün məmulatları (siqaret, siqara və s.) aiddir.
Misal – 2. Siz 10 000 manatlıq (məbləğ ƏDV ilə birlikdədir) əməliyyat olursunuz. Bu halda sizə Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun olaraq çek təqdim olunur. 10 min amanatın ƏDV edir. 1525,42 manat edir. Siz 10 000 manatı nağd qaydada ödəyəcəyidiniz təqdirdə 152,54 manatını, nağdsız qaydada ödəniş etdikdə 228,81 manatını əldə edəcəksiniz. Tibbi xidmət müxtəlif ola bilər. Analiz, müalicə, əməliyyat, konsultasiya və sair. Ümumilikdə siz tibbi xidmətdən yararlandığınız təqdirdə ödədiyiniz ƏDV nağd qaydada 10, nağdsız qaydada 15 faizini geri ala biləcəksiniz.
Rauf QARAYEV, iqtisadçı-ekspert
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar