• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda bankomatlardan, post terminallardan, özünəxidmət terminallarından nə qədər istifadə olunur?

  • 09.07.2023, 00:28, Baxış sayı:
  • 251
Azərbaycanda bankomatlardan, post terminallardan, özünəxidmət terminallarından nə qədər istifadə olunur?
2022-ci illə 2023-cü ilin son 5 ayını müqayisə edək. Mərkəzi Bankın rəqəmlərinə istinad edərək qeydlərimizi edək.
Azərbaycanda bankomatlardan,  post terminallardan, özünəxidmət terminallarından  nə qədər istifadə olunur?
Bankomatlar

2022-ci ildə əgər banokomatlardan yanvar ayında 2983 dəfə istifadə olunubsa və bunun 1590 Bakı, 1393 regionların payəna düşübsə artıq ilin sonunda bu rəqəm +85 qalxıb. Yəni dekabr ayına 3068 təşkil edirdi. Bundan 1591 Bakı şəhərinin 1477 regionların payına düşüb. Göründüyü kimi, 2022-ci ildə bankomatların istifadəsində ilin əvvəli ilə sonunda rəqəmdə dəyişik əsasən regionların payına düşüb. 2023-cü ilin yanvar ayında 3077 bundan 1618 Bakı, 1459 regionların payına düşür. Artıq il daxil olandan Bakı şəhəri üzrə artım müşahidə olunduğunu görə bilərik. 2023-cü ilin may ayında 3075 bundan 1602 Bakı, 1473 regionların payına düşür. Demək 2022-ci ilə nisbətən 2023-cü ildə Bankomatlardan daha çox istifadə olunur.
Azərbaycanda bankomatlardan,  post terminallardan, özünəxidmət terminallarından  nə qədər istifadə olunur?
Post terminallar

2022-ci ilin əvvəlində (yanvar ayında) post terminallardan 61679 istifadə olunub. Bundan Bakı şəhəri üzrə 40955 dəfə bundan pərakənda ticarət, iaşə və digər xidmət müəssisələrində 40029 dəfə olunub, təmassız ödənişləri qəbul edənlər 44544 olub. Bakı şəhəri üzrə cəmi 40955, regionlar üzrə 20724 olub. Demək 2022-ci ilin yanvar ayında Bakı üzrə daha çox post terminallardan istifadə olunub. İlin sonunda rəqəmlərdə xeyli artım var. Əgər ötən ilin yanvar ayında 61679 idisə, dekabr ayında bu rəqəm 79820 olub. 2023-cü ilin may ayında 80462 dəfə post terminallardan istifadə olunub. Təmassız ödəniş qəbul edənlər 73151, pərakənda ticarət, iaşə və digər xidmət müəssisələrində 78102 dəfə olunub, Bundan 54151 Bakı şəhərinin payına düşür. Cəmi post terminallardan Bakıda 55404, regionlarda 25058 dəfə istifadə olunub.
Azərbaycanda bankomatlardan,  post terminallardan, özünəxidmət terminallarından  nə qədər istifadə olunur?
Özünəxidmət terminalları

Özünə xidmət terminallarında 2022-ci ildə 2029 rəqəmi idisə bundan Bakı 1106, regionlar üzrə 923 qeyd olunubsa 2023-cü ilin may ayında artıq 2148 qeyd edilirdi, bundan Bakıya 1098, regionların payına isə 1050 düşür. Demək özünə xidmətdə 2022-ci il üçün Bakı şəhərində 1106- 1098 = 8 enmə, regionlarda isə 1050 - 923 = 127 qalxma müşahidə olunur. Regionlarda özünəxidmət terminallarından daha çox istifadə olunur.
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, 3 xətt üzrə yüksəlmə müşahidə olunur. Post terminallardan daha çox Bakıda, özünəxidmət terminallarından regionlarda daha çox istifadə olunur. Baxmayaraq ki, özünəxidmətdə Bakı üzrə rəqəm 48 yüksəkdir, amma enmə olduğundan bu məqamı söyləmək olar.

Bu qeydlər nəyi göstərir?

Bu birinci növbədə onu göstərir ki. əhali nağdsız ödənişlərə üstünlük verməyə başlayıblar. Bu da döriyyədə kağız pullarından az istifadəyə gətirib çıxarır və nəzarəti da rahat etmək olur. Nəzarət rahat edilirsə, artıq çirkli pulların yuyulması azalır. Kimin hara nə qədər xərclənməsinin uçotunu orqanlar rahat bilmiş olurlar. Düzdü nağdsız ödənişlərində öz fəsadları var. Təhlükəsizlik gərək yüksək səviyyədə olsun, insanlar daha çox maariflənsinlər ki, dələduzların qurbanına çevrilməsinlər. Amma ümumi götürəndə nəzarət prinsipi baxımdan, rahat ödəniş etmək yönümdən bu əsas göstəricidir. O ki, qaldı Bakıda niyə daha çox post terminallardan istifadə edillər bu yaşayış səviyyəsinin orada yüksək olması, banklara inamla, insanların maarifli olmaları, rahat şəkildə ödəniş etmək üçün vasitələrin çox olması ilə əlaqələndirmək olar. Bundan əlavə ƏDV gerial layihəsi də insanları sövq etdi ki, daha çox kartlardan istifadə etsinlər. Vergi Məccəlləsinin 165.5 maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter