• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan nə vaxt Rusiya və Qazaxıstan taxılından aslı olmayacaq?

  • 28.06.2023, 16:37, Baxış sayı:
  • 380
Azərbaycan nə vaxt Rusiya və Qazaxıstan taxılından aslı olmayacaq?
Azərbaycan daxili tələbatı ödəmək üçün 40 faiz taxılı xaricidən alır. Əsas da Rusiya və Qazaxıstandan. Dövlət Statistikasının 2019, 2020, 2021-ci il üçün məlumatlarına əsasən taxılın ümumi yığım və məhsuldarlıq, təmizlənmədən sonrakı çəkidə, bütün təsərrüfat kateqoriyaları üzrə cəmi 2019-cu il üzrə 3451,6 ton, 2020-ci il üzrə 3172,3, ton, 2021-ci il üzrə 3275,6 tondur. Məhsuldarlıq 2019-cu il üzrə 31.3 sent/ha, 2020-ci il üzrə 30.9 sent/ha, 2021-ci il üzrə 31.9 sent/ha. Göründüyü kimi qeyri bərabərlik var. 2022-ci ildə Ukrayna - Rusiya müharibəsi nəticəsində taxılın qiyməti iki dəfə qalxdı və bu özünü unun, çörəyin, makaranon qiymətində göstərdi. Rusiyanın daimi taxıl sazişində əldə olunmuş razılaşmada (22 iyul 2022-ci il Stambulda BMT, Rusiya, Ukrayna, Türkiyə ilə razılaşma) Qərbi şantaj etməsi artıq bizim üçün həyacan təbilinin çalınması deməkdir. Sabah bu asıllıq bizim üçündə baş ağrısı ola bilər. Bu baxımdan, ölkədə bir sıra qərarlar qəbul olunub. Un və çörək ƏDV-dən azad olunub. Ölkəyə gətirilən taxılın həcmi artırılıb. Daxili istehsalçıya dövlət dəstəyinin artırılması qərara alınıb. Hər ton taxıla 100 manat subsidiyanın verilməsi, aqroparkların sayının çoxaldılması buna bariz nümunədir. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonunda kənd təsərrüfatı üçün 1 milyon hektar yararlı torpaqlar var. Bu torpaqlardan geniş istifadə nəzərdə tutulub. Aqrar sığorta fondu tərəfindən kənd təsərrüfatı üçün yararlı 400 min hektar ərazi sığortalanıb. 2025-ci ilə kimi İsrail dövləti ilə anlaşma nəticəsində ən müasir texnologiya sahəsində ölkədə taxıl istehsalının genişləndirilməsi və bu taxılı İsrail bazarına çıxarılması nəzərdə tutulub. Son 2 il qalıb, bu iki il ərzində qoyulan tapşırıqlar yerinə yetirilsə və ərazilər tam minalardan təmizlənsə, artıq ola bilər ki, Azərbaycanın taxıl asıllığı aradan qaldırılacaq. Amma məsələ burasındadır ki, taxıl əkinində korrupsiya halı da mövcuddur. Hərdən mətbuatda eşidirik ki, subsidiya almaq üçün bəzi şəxslər sənədlərdə ərazilərində başqa məhsul əkə-əkə orada taxıl qeyd olunur. Müddət qısa olsa da, qeyd olunanlarda ən azı 20 faiz asıllığı aradan qaldırsaq, bunun özünü də müsbət hal kimi dəyərləndirmək olar.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter