• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 17.09.2021, 10:23, Baxış sayı:
  • 460
Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırıb. Çörəyin qiymətinin qalxması da bəzi dedi-qodulara yol açıb. Hətta bəzi iqtisadçılar Azərbaycanda un və taxılın qiymətinin kəskin artacağını, nəticədə çörəyin bahalaşacağını proqnozlaşdırır. Məsələ ilə bağlı Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov Qaynarinfo-ya açıqlamasında taxıl qıtlığı ilə bağlı verilən "şərhlərin” əsassız olduğunu və bu cür açıqlamaların əhali arasında ajiotaj yaratmaqdan başqa bir işə yaramadığnı bildirib:

"Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Bunun miqdarı dövlət sirri olduğundan açıqlamıram. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər taxıl ehtiyatı mövcuddur. Əhalinin bu məhsula olan ehtiyacı tam ödənilir. Heç bir qorxuya və ajiotaja ehtiyac yoxdur. Bu gün səhər də taxıl ehtiyatı ilə bağlı yenidən müzakirə aparıldı və bu məsələ hökumət tərəfindən birmənalı həll edilib. Əmin olun ki, hər şey nəzarət altındadır”.

Çörəyin qiymətinin bahalaşmasına gəlincə, Zülfüqar Məmmədov bildirib ki, bu gün səhər bu məsələ də müzakirə edilib: "Azərbaycanda çörəyin qiyməti bahalaşmayacaq. Süni qiymət artımının da qarşısı alınacaq”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter