• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vergi orqanı tərəfindən vergi ödəyicilərinə tətbiq edilən müddətlə bağlı narazılıq

  • 29.05.2023, 11:45, Baxış sayı:
  • 335
Vergi orqanı tərəfindən vergi ödəyicilərinə tətbiq edilən müddətlə bağlı narazılıq
Vergi Məcəlləsinin 1. maddəsinə əsasə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
Vergi Məcəlləsinin 3.6 maddəsinə əsasən vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 3.12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.
Maddə 13.2.2. Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.
Maddə 13.2.3. Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Maddə 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
Vergi ödəyiciləri ilə yazışma
Vergi Məcəlləsinin 70.2-1. maddəsi. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:
1.2. maddəsi poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
Vergi orqanın vergi ödəyciləri ilə münasibətdə təqdim etdiyi vaxt müddəti
Vətəndaşların müraciətləri haqqında qanun
Maddə 10. Müraciətə baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Sosial şəbəkədə yayılan narazılıqların biri də müddətlə bağlıdır. Vergi ödəyicsi müraciət etdikdə ona 5 iş günü müddətində sənədlərin təqdim olunması tələb olunur. Amma vergi orqanı özü isə ona daxil olan məktubun araşdırılmasının "Vətəndaşların müraciətləri haqqında qanun" 10 maddəsini əsas tutataraq 30 iş günü müddətini qeyd edir. Qeyd edim ki, bu hal kameral yoxlama hallarında da mövcuddur. Yəni Vergi Məcəlləsinin 37 maddəsinin tələblərində də müddət baxımından vergi orqanı üstünlük əldə edir. Bunların kökü isə Məcəlləni öz prinsiplərinə uyğun yanaşmalarındadır. Mənim üçün hansı rahatdır, onu da qeyd edirəm. Halbu ki, bu qeyd Vergi Məccələnin yuxarıda göstərilən maddələri ilə qadağandır. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter