• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"Enerjinin satılması iqtisadiyyatımıza öz töhfəsini verib"

  • 15.02.2023, 12:01, Baxış sayı:
  • 217
"Enerjinin satılması iqtisadiyyatımıza öz töhfəsini verib"
“Ümumiyyətlə, böyük istilik-elektrik stansiyalarının, hətta kiçik elektrik stansiyalarının olmasının çox böyük əhəmiyyəti var. Buna misal olaraq, vaxtilə Mingəçevir Elektrik Stansiyasının Azərbaycanın bir çox ərazisini elektrik enerjisi ilə təmin etməsini nəzərə çatdıra bilərik. Yeni elektrik stansiyalarının olması həm də onu göstərir ki, mərkəzdən idarə olunma sistemi paylanmış şəkildə özünü əks etdirəcək. Bununla da hər hansı bir yerdə partlayış olsa, ətraf ərazilərin elektrik enerjisi ilə təmin olunmasına təsir etməyəcək”. Bu sözləri iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, ermənilər həmişə deyirdi ki, biz Mingəçeviri vurmaqla Azərbaycanı işıqsız qoyacağıq, bura onlar üçün strateji əhəmiyyətə sahib yerdir: “44 günlük müharibə onu göstərdi ki, Mingəçevirdə olan elektrik stansiyası heç də Azərbaycanı bütövlükdə enerji ilə təmin etmir. Azərbaycan artıq qabaqlayıcı tədbirlər görməklə bu asılılığı daha da azaltmağa nail olub. Ümumiyyətlə, elektrik stansiyalarının çox olması həm də fasilələrin olmasının qarşısını alır. Enerjinin satılması da iqtisadiyyatımıza öz töhfəsini verib”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, zavod və fabriklərin tikilməsi üçün elektrik enerjisinin istifadəsi çox böyük əhəmiyyət daşıyır: “Ona görə də belə stansiyaların çox olması vacibdir. Həm iqtisadiyyat üçün, həm də müharibə və təbii hadisələrin baş vermə anında bir yer sıradan çıxdıqda digər ərazilərin enerjisiz qalmaması üçün elektrik stansiyalarının artması önəm daşıyır. Bu, eyni zamanda ölkənin büdcəsinə də müsbət təsir göstərir.

Həmçinin, elektrik enerjisinə qənaət baxımından da işlər görülməlidir. Bizim strateji əməkdaşımız olan İsraildə elektrik enerjisindən qənaətlə istifadə edilməsi üçün müəyyən şəhərlərdə xüsusi tədbirlər görülüb. Məsələn, hər hansı bir küçədə müəyyən vaxtlar ərzində işıq dirəklərinin telefonla idarə olunması sistemi mövcuddur. Yaxınlaşaraq hər hansı bir dirəkdə işıqlanmanı azaltmaq və ya çoxaltmaq olar. Hesab edirəm ki, bu baxımdan İsrail dövləti ilə sıx əlaqədə olmaq ölkəmiz üçün faydalı olar”.
Ləman Əlizadə
sia.az
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter