• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlətimiz üçün enerji təhlükəsizliyi çox böyük əhəmiyyət daşıyır

  • 27.02.2022, 11:37, Baxış sayı:
  • 451
Son illər Azərbaycanda enerji sahəsində böyük işlər görülüb və hal-hazırda bu işlər davam etməkdədir. O cümlədən “Qobu” Enerji Qovşağı son illər ərzində ölkəmizdə inşa edilən ən böyük enerji obyektlərindən biridir. Əlbəttə ki, mümkün olan ən qısa zaman kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.
Son günlər Azərbaycanda iki mühüm əhəmiyyətli enerji obyekti – yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyası və “Qobu” Enerji Qovşağını – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası istifadəyə verildi. Ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bu stansiyaların açılışında Prezident İlham Əliyev iştirak edib və fevralın 11-də kiçirilən aşılış mərasimindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsa­hibəsində ölkəmizin elektirik enerjisi sahəsində aparılan bu və digər işlər barədə geniş məlumat verib.
Qeyd olunmuşdur ki, müstəqillik dövründə Azərbaycanda ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyət tam başqa idi. Mövcud enerji mənbələri tələbatı ödəyə bilmirdi. Respublikamız məcbur idi ki, elektrik enerjisini, təbii qazı idxal etsin. İndi vəziyyət təmamilə dəyişib. Bu gün Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.
Respublikamızda enerji sektorunun inkişafına xarici investorlar cəlb olunurlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Hər bir dövlət üçün enerji təhlükəsizliyi çox böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti dövlətimizin gücünü və nüfuzunu artırmaqla, beynəlxalq əməkdaşlığa da misilsiz töhfədir.
Dövlətimiz  üçün  enerji təhlükəsizliyi çox böyük əhəmiyyət daşıyır
Səfa ŞİRİNOV,

“Azərişıq”
ASC-nin Sabirabad
Elektrik Şəbəkəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter