• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizin xarici siyasətində ən önəmli hadisə

  • 04.03.2022, 19:58, Baxış sayı:
  • 424
Ölkəmizin xarici siyasətində ən önəmli hadisə
Qəzənfər SOLTANOV,

“Əməkdar
müəllim”

Cənab Prezident İlham Əliyevin Moskvada Rusiyanın aparıcı KİV nümayəndələri ilə söhbətində Ermənistanın hələ də bizə kütləvi məzarlıqların yerini deməməsini, Birinci Qarabağ müharibəsində itkin düşən vətəndaşlarımızın taleyi barədə məlumat verməməsini qabartması çox mühüm bir məsələdədir. Prezident bunu Rusiyada qaldırmaqla, əslində bir güclü gediş etdi ki, Rusiyanın hakimiyyət orqanları da, Rusiyanın mediası da bu istiqamətdə Ermənistana təzyiqlər göstərsinlər.
Dövlət başçımıza ünvanlanan sualların xarakterindən aydın oldu ki, Rusiyada da müttəfiqlik bəyannaməsi strateji tərəfdaşların münasibətləri kimi dəyərləndirilir. Rusiya KİV-ləri iki ölkə arasında münasibətlərin indiki formatını ali format kimi qəbul edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlətlərarası münasibətlərdə bu, aysberqin zirvəsidir. Bu sənəd eyni zamanda Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq, bu ölkənin imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə endirir. Müsahibə zamanı ən çox diqqət çəkən məqamlardan biri erməni əsilli jurnalist Marqarita Simonyanın ermənilərin guya Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı qərəzli, təxribatçı mövqeyinin də cavabı verildi. “Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur” söyləyən dövlət baçımızın bu mövqeyi Rusiyadakı erməni lobbisinə ən tutarlı cavab idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Marqarita Simonyana cavab olaraq, 30 il ərzində erməni işğalının ağır nəticələrini nüfuzlu KİV-lər qarşısında xatırlatması isə Azərbaycanın informasiya müharibəsindəki mövqeyinə əlavə impuls verdi. Erməni əsilli jurnalist Marqarita Simonyan danılmaz faktlar, arqumentlərə əsaslanan tutarlı cavablar qarşısında aciz qaldı və bu, bütövlükdə Rusiyadakı erməni lobbisinin, ermənipərəstlərin susdurulması demək idi.
Bir sözlə, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərini son illər ölkəmizin xarici siyasətində ən önəmli hadisələrdən biri, dövlətimizin başçısının siyasi-diplomatik məharətinin nümayişi kimi dəyərləndirirlər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter