• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin Rusiya KİV-lərinə müsahibəsində mühüm məqamlara toxunulub

  • 04.03.2022, 19:55, Baxış sayı:
  • 399
Prezidentin Rusiya KİV-lərinə müsahibəsində mühüm məqamlara toxunulub
İntiqam
QURBANOV,

Sabirabad rayon Telekominikasiya
Qovşağında baş mühəndis

Ölkə başçımızın Rusiyaya sonuncu rəsmi səfəri zamanı mühüm məqamlardan biri də cənab Prezident İlham Əliyevin Rusiyanın TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü oldu. Prezident İlham Əliyev görüş zamanı verilən sualları əhatəli şəkildə cavablandırmış, həmçinin, ölkəmizin həyata keçirdiyi xarici siyasət, Rusiya-Azərbaycan arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin əhəmiyyətini şərh etmişdir.
İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Azərbaycanın dövlət başçısı qeyd edib ki, imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər-ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Prezident onu da deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur: “Bütün dünyaya məlumdur ki, KTMT-da aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanın isə bu təşkilatda Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə yüksək münasibətləri var. Hər hansı beynəlxalq təşkilata üzvlük məsələsinə milli maraqlarımız kontekstində baxılır”.
Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verib. Bərpa-quruculuq işləri ilə bağlı dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Amma ərazilərin minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından indiyədək minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Ölkəmizə təqdim olunmuş xəritələrin dəqiqliyi 25 faiz təşkil edir. Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququn pozulması deməkdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter