Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bir sıra mühüm məqamlara toxunub.
Prezident İlham Əliyevin Moskvada Rusiyanın aparıcı KİV nümayəndələri ilə söhbətində Ermənistanın hələ də bizə kütləvi məzarlıqların yerini deməməsini, Birinci Qarabağ müharibəsində itkin düşən vətəndaşlarımızın taleyi barədə məlumat verməməsini qabartması çox mühüm bir məsələdədir. Prezident bunu Rusiyada qaldırmaqla, əslində bir güclü gediş etdi ki, Rusiyanın hakimiyyət orqanları da, Rusiyanın mediası da bu istiqamətdə Ermənistana təzyiqlər göstərsinlər. Kütləvi məzarlıqlarla və indiyə qədər Birinci Qarabağ müharibəsində itkin düşənlərlə bağlı Ermənistanın cinayətkar siyasətinin mahiyyətini göstərib.
Azərbaycan prezidentinin Rusiyanın paytaxtında nəinki Rusiyada, eləcə də bütün dünyada tanınmış nüfuzlu media nümayəndələri, media rəhbərləri ilə görüşdə məhz bu məsələni vurğulamasının çox böyük əhəmiyyəti var: “Prezidentin Ermənistanın cinayətkar siyasəti ilə bağlı nəinki Rusiyada, eləcə də bütün dünyada böyük nüfuza malik olan rusiyalı media təmsilçilərinə açıqlama verməsi çox mühüm əhəmiyyətə malikdir. Bunun ən böyük əhəmiyyəti odur ki, bütün dünya həmin media təmsilçilərinin yaydığı informasiyaya inanır və istinad edir. Onu da deyim ki, o adamların hamısı Rusiya prezidentinin mətbuat pultuna aid olan mətbuat rəhbərləridir. Bu görüşdə Ermənistanın azərbaycanlılara aid kütləvi məzarlıqların yerini hələ Azərbaycana deməməsi, itkin düşənlərimizin taleyi ilə bağlı məlumat verməməsi kimi mühüm məsələnin qabardılması nəticəsiz qalmayacaq. Əlbəttə, Prezident bu fikirləri söyləməklə Ermənistanın illərdir öz üzərinə götürdüyü öhtəliklərdən yayındığını, onun etibarsız bir ölkə olduğunu bəyan etmiş oldu.
Prezident orada digər məsələlər barədə danışdı. Bütün bunlar ondan irəli gəlir ki, görüşdə iştirak edən media rəhbərlərinin rəhbərlik etdikləri informasiya vasitələrində və üzv olduğu Prezident pultunda bu məsələlər qaldırılsın, yazılsın, təbliğ olunsun. Əlbəttə, bütün bunlar onunla nəticələnməlidir ki, həmin media kapitanları öz rəhbərlik etdikləri media subyektlərində Ermənistanın cinayətkar mahiyyətini açsınlar. Həmin media orqanlarında Ermənistnın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, kütləvi məzarlıqların yerinin Azərbaycana bildirilməməsi kimi məsələlər işıqlandırılsın. Prezidentin dünyanın nüfuzlu rusiyalı media kapitanlarına bu barədə ətraflı məlumat verməsi bir daha Ermənistanın cinayətkar siyasətini ifşa etdi.
Elmir Cəfərov,
Sabirabad rayonu, gənc sahibkar