• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin gənclərə verdiyi dəyər

  • 10.02.2022, 09:58, Baxış sayı:
  • 313
Prezidentimiz İlham Əliyev fevralın 2-də Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr edilmiş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan gəncləri haqqında qürurverici ifadələr səsləndirdi. Xüsusilə Vətən müharibəsində gənclərimizin rolunun həlledici olmasını vurğulayan Azərbaycan Prezidenti gənclərimizlə fəxr etdiyini bildirdi.
Forumda çıxış edən ölkə rəhbəri eyni zamanda tövsiyələrini də verib. Prezident deyib ki, gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstək, diqqət və qayğı onların inkişafında, Vətənə, dövlətçiliyə bağlı intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan gəncləri dövlətimizin apardığı daxili və xarici siyasətin icrasında, ölkəmizin tərəqqisi yolunda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. Onlar Azərbaycan Prezidentinin yanında olduğunu öz əməlləri ilə sübut edirlər.
Bunun ən bariz nümunəsi isə cənab Prezidentin də söylədiyi kimi, 44 günlük Vətən müharibəsidir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni diz çökdürən rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin əksəriyyətinin gənclər olduğunu bilirik. Həmin gənclər ki, öz igidliyi, cəsurluğu və qorxmazlığı ilə tarix yazdılar, ərazi bütövlüyümüzü bərpa, tarixi ədaləti bərqərar etdilər. Cəmi 44 gün ərzində düşmən üzərində zəfər çaldılar. Gücü və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu, Azərbaycan gəncləri qəhrəmanlıq simvoluna çevrildilər. Gələcək nəsillər üçün örnək, nümunə yeri oldular, bizim gənclərimiz.
Bugünkü Azərbaycan igidlik və mərdlik məktəbini ləyaqətlə keçən bir gəncliyə sahibdir. Bu ölkəmiz üçün böyük sərvətdir. Bu, həm də Azərbaycanın gələcəyinin əmin əllərdə olması deməkdir.
Onu da qeyd edək ki, tədbir zamanı hər bir gənci diqqətlə dinləyən və onları maraqlandıran məsələlərə aydınlıq gətirən Möhtərəm Prezidentimiz İlham Əliyevin Gənclər Forumunda iştirakı Azərbaycan gəncliyinə, gənclərə verdiyi dəyərin növbəti əyani göstəricisi idi.
Seyidhüseyn HÜSEYNOV,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Sabirabad rayon Komitəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter