• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

2 Fevral FORUMU: GƏNCLƏR ÜÇÜN YOL XƏRİTƏSİ

  • 10.02.2022, 09:55, Baxış sayı:
  • 422
2 Fevral FORUMU: GƏNCLƏR ÜÇÜN YOL XƏRİTƏSİ
Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzi vaxtlarda isə tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşdülər.
Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan bu qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə, əlbəttə ki, İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.


"İyirmi beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində deyib.

Əslində, forumda Prezident gəncləri düşündürən bir çox suallara aydınlıq gətirdi. Dövlət başçısı gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyələrini verdi. Məsələn, Prezident qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu vurğuladı. Eyni zamanda xaricdə təhsil, indiki zamanda xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmasının vacibliyi, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərini qurması, ermənilərin dağıtdığı ərazilərin təsviri incəsənət vasitəsilə tarixə yazılması, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər barədə fikirlərini açıqladı.
Gənclər Forumunda çıxış edərkən İlham Əliyev ölkə gəncliyi qarşısında bir daha vurğuladı ki, Azərbaycan dünyada artıq öz yeri və sözü olan dövlət kimi tanınır: “Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.
Həqiqətən də belədir. Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib və bu gün ölkəmiz əksər dövlətlərlə hərtərəfli əməkdaşlıq edir.
Prezident gələcəyin qurucuları, ölkənin aparıcı qüvvəsi qarşısında bir daha qətiyyətlə vurğuladı ki, Azərbaycan müstəqildir və müstəqil siyasət yürüdür: “Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək”.
Dövlət başçısı əldə etdiyimiz tarixi Zəfər və onun nəticələrinin dünyaya qəbul etdirilməsini şərh edərkən mənəvi məsələləri önə çəkdi. Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi mənəvi-strateji komponentlər üzərində xüsusi dayanaraq bütün bu nailiyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Dövlət başçısı dövlətçilik institutunun da əsasını təşkil edən komponentlərdən biri kimi mənəvi siyasi dəyərlərin əhəmiyyətindən də danışdı. Qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.
Prezident gənclərə uğurlu, düzgün yol, istiqamət verdi. Bildirdi ki, istənilən müstəqil siyasət yürüdən ölkəyə qarşı “hücumlar”, qarayaxmalar, çirkin kampaniyalar aparılır. Əgər zəiflik görərlərsə, bu, daha da güclənir və nəticədə müstəqil siyasətdən əsər-əlamət qalmır. Ona görə də İlham Əliyev əlavə etdi ki, bu səylər davam edəcək. Nə qədər ki, dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davamlı olacaq. Gələcəkdə bu ölkənin gənclərinin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin qurucuları elə etməlidirlər ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət daha da güclənsin. Yalnız belə olan halda Azərbaycanı möhtəşəm uğurlar gözləyə bilər. Gənclər milli maraqları, milli dəyərləri, müstəqilliyimizi qorumaqla bu ölkəni uğurlu gələcəyə apara bilərlər: “Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq”.
44 günlük Vətən müharibəsindəki böyük Zəfərimiz həm də Azərbaycanın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Artıq Azərbaycan regional müstəvidə güc mərkəzidir. Bunun səbəbi təkcə ordumuzun gücü və təbii ehtiyatlarımız deyil. Bu uğurların təməlində İlham Əliyevin yürütdüyü müstəqil siyasət, gələcəyə olan baxışları, uğurlu inkişaf strategiyası və Xalq-Prezident birliyi dayanır. Bu birliyin “Dəmir yumruq” kimi birləşmiş gücünə dünya Vətən müharibəsində şahidlik edibdir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycana qarşı istənilən təxribat, hücum “Dəmir yumruq”la əziləcək, məhv ediləcəkdir.
Əli HÜSEYN,
“Muğanin səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter