• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ötən il heyvandarlıq məhsulları istehsalı artıb

  • 30.01.2022, 22:54, Baxış sayı:
  • 488
Ötən il heyvandarlıq məhsulları istehsalı artıb
Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq əsas təsərrüfat sahələrindən hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində rayonda iribuynuzulu mal-qaranın baş sayı ötən il əvvəlki illə müqayisədə artaraq 123263 baş, qoyun- keçilərin sayı artaraq 234065 baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.
Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il ərzində rayonda ət istehsalı 18477,5 ton (diri çəkidə), süd istehsalı 121760,8 ton, yun istehsalı 598,2 ton, yumurta istehsalı isə 132 milyon 408 min ədəd olub ki, bu da əvvəlki illdəkinə nisbətən çoxdur.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 18 süni mayalanma məntəqəsi yaradılıb. Süni mayalanmada holsteyn-şviss, şviss, şarole, simmental cinsi və Azərbaycanın yerli camış törədicilərindən istifadə olunaraq, 2021-ci il ərzində iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 6925 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter