1000 ədəd qaimənin hamısı ödəniş tapşırığında qeyd olunmalıdırmı?
- 27.01.2022, 17:28, Baxış sayı:
- 548
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Vergi Məcəlləsində bir sıra dəyişikliklər olub. Dəyişikliklərin də biri ödəniş tapşırığında qaimənin nömrəsinin göstərilməsi ilə bağlıdır. Təşkilat var ki, ay ərzində 500 və ya 1000 qaimənin pulu bir ödəniş tapşırığı ilə ödəyir.
Belə olan halda həmin qaimələrin hamısının nömrəsinin 1 ödəniş tapşırığında göstərmək mnümkün deyil. Bu halda həmin təşkilat nə etməlidir? Sualı misalla cavablandıraq.
Misal -1 . "A" MMC "B" MMC ilə müqavilə bağlayır. Hər ay ona daimi və müntəzəm avtomobilin mühərrik yağı sataraq 4000 manat vəsait ödəyəcəklə bağlı müqavilədə qeyd olunur. Hər dəfə mal göndərdikdə qaimə göndərir. Nəticədə 30-40 qaimə ayın sonuna kimi göndərilir. Nəticədə "A" MMC ödəniş tapşırığında 4000 manatın ödənişi təyinatı üçün artıq müqavilənin nömrəsini və tarixini qeyd edir. Səbəb odur ki, bir malın çeşidi üzrə qaimələr yazılıb.
Misal- 2. "A" MMC "B" MMC ilə müqavilə bağlayır. Hər ay ona avtomobilin mühərrik yağı 4000 manat , digər avtomobil ehtiyatları sataraq 10 000 manat vəsait ödəyəcəklə bağlı müqavilədə qeyd olunur. Hər dəfə mal göndərdikdə qaimə göndərir. Nəticədə 50-60 qaimə ayın sonuna kimi göndərilir. Nəticədə "A" MMC ödəniş tapşırığında 4000 manatın ödənişin təyinatı üçün artıq müqavilənin nömrəsini və tarixini qeyd edilməyəcək çünki bu daimi və müntəzəm xarakteri sayılmır, eqaimənin nömrəsi və tarixi yazılmalıdır. Digər avtomobil ehtiyatları üçün qaimənin nömrəsini və tarixini qeyd etməlidir. Səbəb isə yenə də daimi və müntəzimliyin olmamasıdır.
Rauf Qarayev,
iqtisadçı-ekspert