• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Məmurların tənqidə dözümsüzlüyü...

  • 10.01.2022, 21:31, Baxış sayı:
  • 463
Məmurların tənqidə dözümsüzlüyü...
Mətbuata dil uzadanlar öz gözlərində “tiri” görməyənlərdir!
Öz gözlərində o böyüklüyündə “tiri” görmür, mətbuatın haqlı çıxışına hay-həşir salırlar. Tənqidə dözməyən, hətta saymazlıq kimi mövqe nümayiş etdirən belə vəzifə sahibləri Sabirabadda da var. Baxırsan özünə “hacı” dedizdirən birisi ağarmış saçına-başına hörmət etmir, ən bahalı maşınlarla min bir oyundan çıxır. Elə bilirlər villalarında, hündür hasarlar arxasında nələrin baş verdiyini adamlar bilmir. Deyirəm- onların bütün iyrəncliklərindən, əxlaqi keyfiyyətlərindən, xəbisliklərindən, sırtıqlıqlarından və s. HAMI XƏBƏRDARDIR...
Tənqid bir göstəricidir, media azadlığının və mətbuatın nə dərəcədə effektli çalışmasının indeksidir. Digər tərəfdən, tənqidi düşüncə şüurun elə bir ali vəziyyətidir ki, onun sayəsində insan mütilikdən qurtulub ətrafla münasibətini yalnız öz iradəsinin hökmü ilə qura bilir. Tənqidi düşüncənin olmaması cəmiyyəti sükunət halına salır.


Jurnalistikanın əsas qayəsi və prinsipi həqiqəti üzə çıxarmaqdır, jurnalist dünyada yeganə peşədir ki, ondan yalnız həqiqəti söyləmək tələb olunur. Həqiqətə qovuşmağın bir yolu da tənqiddən keçir. Nə qədər başağrısı yaratsa belə, tənqid cəmiyyətdə mediaya yalnız nüfuz qazandırır, onun asılı və “satqın” olmadığını göstərir. Ona görə də tarixən – qəzet meydana çıxandan, cəmiyyət həyatına nüfuz edəndən onun bir missiyası da tənqidçilik olub. İndi normal ölkələrdə ictimai nəzarətin bir forması kimi nöqsanları tənqid etmək medianın birbaşa missiyası sayılır. Məhz tənqid etməklə media cəmiyyətdəki yanlış meyilləri göstərir, gizlinləri üzə çıxarır və cəmiyyəti mövcud təhlükələrdən xəbərdar edir.
Əvvəllər bizim qəzetdə çalışan müxbirlər “heç kim bizi oxumur” deyə şikayətlənirdilər. Görüb, təhlil edib baxanda da görürdük ki, adamlar doğrudan da qəzet oxumurlar. Bunun min bir səbəbi var, amma əsas səbəb insan psixologiyası, insan marağı ilə bağlıdır. Bu qəzet mənim dərdlərimi yazırsa, onun çarəsini tapmaq üçün yollar arayırsa, mən bu qəzeti oxuyacam, əksinədirsə, neynirəm o qəzeti. Deməli, dərdlərdən, cəmiyyətin inkişafına buxov olan problemlərdən yazmaq və nöqsanları cəsarətlə tənqid etmək lazımdır.
Tənqidin də, necə deyərlər, iki başı var. Bəzi vəzifədə oturanlar həmin tənqidi yaxşı qarşılayır, yazılanlardan nəticə çıxardır, nöqsanlar aradan qaldırılır. Elələri də var ki, tənqidə dözümsüzlük göstərir. Bu tipli məmurlar öz təzyiq rıçaqlarından, xüsusilə pulundan istifadə edərək mediaya açıq şəkildə müqavimət və təziq göstərirlər.
Belə məmurlar əsasən vəzifədən yaxşıca sərvət toplayanlardı, özünə böyük bir korrupsiya qrupu yaradıb, onlarla baş-başa verib büdcəni talayanlardı. Bu qədər məmur, bu qədər icra başçısı, nazir, nazir müavini həbs edilir, amma yenə də qorxmurlar, özlərinə qoyulmurlar?!
Paradoksal bir vəziyyət yaranıb, bir tərəfdə bölgələrdə gedən böyük inşaat işləri, şəhərlərin, kəndlərin tanınmaz dərəcədə gözəlləşməsi, incəsənətimizin dünyanın nüfuzlu salonlarında triumfu, sənət adamlarına göstərilən diqqət və qayğı, Prezidentin zərgər dəqiqliyi ilə yürütdüyü xarici siyasət, ordu quruculuğunda düşməni vahiməyə salan islahatların uğurları, gözəlliyi ilə hamını heyran qoyan əzəmətli məscidlərin tikilməsi, ziyarətgahların təmiri, məxləs çox məsələlərdə sevinməyə haqqımız var. Ancaq belə rüşvətxor namərdlər uğurlarımıza kölgə salırlar.
Üstəlik ona-buna xox da gəlirlər. Öz gözlərində o böyüklüyündə “tiri” görmür, mətbuatın haqlı çıxışına hay-küy salırlar. Tənqidə dözməyən, hətta saymazlıq kimi mövqe nümayiş etdirən belə vəzifə sahibləri Sabirabadda da var. Baxırsan özünə “hacı” dedizdirən birisi ağarmış saçına-başına hörmət etmir, ən bahalı maşınlarla min bir oyundan çıxır. Elə bilirlər villalarında, hündür hasarlar arxasında nələrin baş verdiyini adamlar bilmir. Deyirəm- onların bütün iyrəncliklərindən, əxlaqi keyfiyyətlərindən, xəbisliklərindən, sırtıqlıqlarından və s. HAMI XƏBƏRDARDIR...
Dəhşətlisi bilirsiz nədir?! Övladlarını da öz günlərinə salıblar. Belələrinin övladları bahalı maşınlarda əllərində də bahalı telefonlarla Sabirabad şəhərinin 4 kilometrlik yolunda vurnuxurlar. Pulu da əyləncə mərkəzlərində xəzəl kimi səpələyirlər. İndiyə qədər eşitmisinizmi, ya da görmüsünüzmü ki, həmin o özünə pullu “kişi” deyənlər bu azğın övladlarına göz ağartsınlar? Onlara tövbələtmə dərsi versinlər?
Harınlıqdan gözləri ayaqlarının altını görməyən, qamarladıqları mal-mülkün üstündə möhkəm-möhkəm oturan həmin gözüdoymayan insanlara deyirik ki, sabah onları “yaşadacaq” hörmət-izzət barədə də bir düşünsünlər. Pis, yaramaz əməllərdən əl çəksinlər, fəqir-füqarəyə əl tutsunlar, ona-buna buynuz göstərməsinlər. Əndazədən çıxaraq dəbdəbəli ziyafət və toyları ilə millətə acıq verməsinlər, camaatın əsəbləri ilə oynayanlar elə bilməsinlər ki, çərxi-fələk həmişə onların arzusu ilə fırlanacaq.
Nə qədər gec deyil yaxşı işlərdən ibrət götürsünlər:
... P.M. Tretyakovun (1832-1898-ci illər) Moskvada balaca bir fabriki vardı, gəliri də o qədər çox deyildi. Bizim yırtıcılarla onu müqayisə etmək düzgün olmaz. Bizim adi oliqarx onun kimi yüz fabrikantı satın ala bilər. Amma Tretyakov rus rəssamlarının gözəgəlimli əsərlərini alırdı, istedadlı sənətçiləri çörəksiz qoymurdu. Qısa müddət ərzində bu adi fabrikant misilsiz bir qalereya yaradıb onu xalqa verdi. Rus xalqının milli iftixarı sayılan bu qalereyaya indi ildə beş milyondan çox tamaşaçı gəlir. Elə bir mədəni adam yoxdur ki, bu qalereyaya tamaşa etməyə can atmasın. Orada təmsil olunmaq hər hansı bir rəssam üçün səadət və şöhrətdir.
Rayonumuzda da pulu və “işi” ilə öyünənləri (hörməti ilə yox) belə səadət və şöhrət gətirən əməllər görməyə çağırırıq.
P.S. Bölgələrdə camaatın əsas şikayəti budur ki, mətbuat bizim dərdlərimizdən niyə yazmır, “Yol, işıq, qaz, təhsil, səhiyyə sahəsində problemlər nəmənədir ki, bizim mətbuat bunlardan yazmır” deyən bir kənd müəlliminin sağa-sola baxıb ehtiyatla dediyi sözlər heç qulaqlarımdan getmir: “Əvvəllər, yəni 30-40 il bundan qabaq “Muğan” belə şeyləri tənqid edirdi, bəzən xeyri də olurdu, amma indi camaat dərdini deməyə, ürəyini boşaltmağa bir jurnalist tapmır. Odur ki, çoxumuz əlacsızlıqdan telefonlarda sosial şəbəkələrdə dərdimizi deyirik, heç onun da bir faydası olmur”.
Tamamilə yanlış fikirdir. “Muğanın səsi” vətəndaşlara dönə-dönə müraciət edib.
Bir də sadə vətəndaşlara üz tuturuq: Sizin fikriniz bizim üçün dəyərlidir. Çox dəyərlidir.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter