• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşa öz əzəmətini qaytaracaq

  • 09.01.2022, 23:28, Baxış sayı:
  • 309
Bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edirəm! Azərbaycan Prezidenti İlham Əliyevə sabirabadlılar adından dərin minnətdarlığımı bildirirəm! Şəhidlərin xatirəsi qarşısında baş əyirəm və Vətən Müharibəsinin qazilərinə şəfa diləyirəm. Böyük xoşbəxtlikdir ki, 2022-ci ildə 30 ilə yaxın işğaldan sonra azad edilən Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Şəhər böyük dağıntılara məruz qaldı, amma qürurla dayandı və indi rahat nəfəs alıb yaralarını sağalda bilər. Şuşa hamımızı əziz və isti qucağına gözləyir. Bu il parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən hadisələri izləyəcək! Erməni vandalları tərəfindən işğalı zamanı ciddi ziyan dəymiş Şuşa şəhərinin bərpasının sürətləndirilməsi prosesi də baş tutacaq. Bütün bərpa işlərindən sonra təbiəti və memarlığı ilə gözəl olan şəhər həm də turizm mərkəzinə çevriləcək, dünyanın hər yerindən buraya qonaqlar gələcək. Ötən ildə şəhərin, tarixi yerlərin bərpasının, həyatın şəhərə qayıdışının necə sürətlə getdiyinin şahidi olduq və bütün şuşalıların öz yurd-yuvalarına qayıdacağı gün uzaqda deyil. 44 günlük Vətən Müharibəsində Qələbədən sonra hər birimiz başımız dik gəzirik ki, bu da Ali Baş Komandan İlham Əliyevin və igid ordumuzun, qəhrəman əsgər və zabitlərimizin, xalqımızın sayəsində əldə olunub.
Prezidentimiz İlham Əliyev öz müdrik və uzaqgörən siyasəti, xalqa sevgi və qayğısı ilə, qalib bir Ali Baş Komandan kimi adını ölkənin qızıl salnaməsinə qızıl hərflərlə yazdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli irsə, mədəniyyət və incəsənətə, muğama, yaradıcı şəxsiyyətlərə, sənətimizin bütün dünyada təbliğinə, gənc nəslin vətənpərvər ruhda, yüksək mənəvi-əxlaqi dəyərlər üzərində tərbiyə edilməsinə qayğı və diqqət yetirilməsində rolunu xüsusi qeyd etmək istəyirik. Əminik ki, 2022-ci il –“ŞUŞA İLİ” ölkəmizin şanlı tarixinə əbədi yazılacaqdır.
Şuşa öz əzəmətini qaytaracaq

Ağalar
Ağammədov,

Sabirabad
Regional Mədəniyyət İdarəsinin
məsləhətçisi

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter