• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşa hər bir azərbaycanlı üçün müqəddəs şəhərdir

  • 09.01.2022, 23:23, Baxış sayı:
  • 462
Şuşa hər bir azərbaycanlı üçün müqəddəs şəhərdir

Möhtərəm Prezidentimiz İlham Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2022-ci il təbrikləri ilə əlaqədar xalqa müraciəti zamanı bir çox məsələyə aydınlıq gətirdi. Həmçinin 2022-ci ildə qarşımıza qoyduğumuz hədəflər barəsində məlumat verdi və bu ili “Şuşa Ili” elan etdi. Şuşa hər bir azərbaycanlı üçün çox önəmli və vacib şəhər idi. Məhz Şuşa şəhərinin işğaldan azad olunması ilə 44 günlük Vətən müharibəsinin taleyi həll olundu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.[/i] [/b]
2022-ci ilin “Şuşa Ili” adlandırılması milyonlarla azərbaycanlının ürəyindən gələn bir istək idi. Azərbaycan xalqı bu qərarı birmənalı şəkildə dəstəklədi və bu qərar hər kəsin ürəyincə oldu.
2022-ci ilin “Şuşa Ili” adlandırılması siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir. Bu qərarın qəbul edilməsi yuxularında Şuşanı, Hadrutu qaytarmaq istəyən revanşist qüvvələrə bir cavab idi. Çünki Qarabağ klanının terrorçu üzvləri son zamanlar həmin ərazilərin qaytarılması ilə bağlı tez-tez sərsəm bəyanatlar səsləndirirdilər. Prezident İlham Əliyev isə bu addımı ilə həmin dəstələrə çox gözəl cavab verdi.
Azərbaycan xalqı dünyaya sübut edir ki, Şuşanın əsl sahibi bizik. Artıq bütün dünya Şuşanın Azərbaycan torpağı olduğunu qəbul edib. Hər kəs Şuşanın hansı sürətlə bərpa olunduğunun şahididir. İl ərzində orada keçiriləcək tədbirlər və aparılan quruculuq işləri bütün dünyaya göstəriləcək. Nəticə etibarı ilə bu hadisələrin siyasi və mədəni əhəmiyyəti böyükdür. Hər il Prezident tərəfindən Azərbaycanın tanınmış şəxslərinin və əlamətdar hadisələrin adları qeyd olunur. Nizami ilinin qeyd olunmasını buna misal kimi çəkmək olar. Dünyanın bir çox ölkələrində Nizami Gəncəvinin təbliğatı aparılmışdır. Bu cür təbliğatlar Azərbaycanın imicinə xeyir verir və onun dövlətçilik ənənələrinin dərin olmasını göstərir. Şuşa isə bizim üçün tamamilə fərqlidir. Oranın mədəni və mənəvi əhəmiyyəti Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Şuşa təsadüfən türk dünyasının mədəniyyət mərkəzi seçilməyib.
Şuşa Qarabağın simvolu hesab olunur. Bu həm də Qarabağda böyük işlərin həyata keçiriləcəyindən xəbər verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının böyük potensialı var. Orada turizm və iqtisadiyyatın digər sahələrinin fəaliyyətə başlamasının əsası qoyulacaq.
Şuşa hər bir azərbaycanlı üçün müqəddəs şəhərdir
Eyvaz Gözəlov,
Zəngənə kənd tam orta məktəbinin
direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter