Ümummilli LİDER Heydər ƏLİYEVİN tarixi səfərlərini hər bir sabirabadlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır
- 10.12.2021, 21:21, Baxış sayı:
- 507
Facebook
Вконтакте
Одноклассники
Google+
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu Öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur. Bu bölgənin dirçəlişi və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovetlər dönəmində və milli müstəqillik illərində 15 dəfə Sabirabada səfər etmişdir. O hər gəlişində rayonda zəhmət adamları ilə görüşmüş, onun diqqət və qayğısı ilə yüzlərlə sadə əmək adamı müxtəlif orden və medallara layiq görülmüşdür. Dahi şəxsiyyətin təşəbbüsü ilə rayonda Su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü insa olunmuş, Mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibatı binalar, 40-dan çox yeni məktəb və tibb ocaqları istifadəyə verilmişdir.
Tariximizin unudulmaz səhifələrinə çevrilən həmin illərdə Ulu Öndərin tarixi səfərlərini hər bir sabirabadlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır.
Mərhum foto - müxbirimiz Fərhad Əliyev Ulu Öndərimizin ömrünün bir anını fotoya köçürmüşdür. 1978-ci ilin avqustun axırlarında Heydər Əliyev Sabirabada növbəti səfəri zamanı gördüyünüz bu şəkli “Pravda” kolxozunun (Ulacalı kəndində) pambıq tarlasında çəkdirmişdir. Özü də “Muğan” qəzetinin müxbirini dəvət edərək. Unudulmaz rəhbərin bu fotosu Heydər Əliyev Fondundan tutmuş Ulu Öndərlə bağlı ölkənin bütün Mərkəzlərinin eksponat fondundadır.
Bu foto Fərhad Əliyevin ŞAH ƏSƏRİDİR.