• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Azərişıq” ASC-də nə baş verir: VƏTƏNDAŞ müraciətlərinə laqeydlik?!

  • 19.11.2021, 12:04, Baxış sayı:
  • 422
“Azərişıq” ASC-də nə baş verir: VƏTƏNDAŞ müraciətlərinə laqeydlik?!
Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə impuls verən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri “Azərişıq” ASC-də
diqqətdən kənarda qalıb.
Azərbaycan Prezidenti İlham ƏLİYEV vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir.
Vətəndaşların müraciətlərinə baxılmasında dövlətimizin əsas prinsipi odur ki, hakimiyyətin bütün pillələrində hər bir insanın problemi mahiyyəti üzrə və qanunla müəyyən edilmiş müddətdə həll olunsun. Cənab Prezidentin qeyd etdiyi kimi: "Əsas odur ki, sözlə əməl arasında birlik olsun, görülən tədbirlər nəticəsində irəliləyiş olsun. Bu irəliləyiş təkcə iqtisadi göstəricilərdə yox, eyni zamanda insanların gündəlik həyatında öz əksini tapsın. Əgər belə olarsa, onda Azərbaycan xalqı daha da yaxşı, firavan yaşayacaqdır. Bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar yaxşı yaşasınlar, zəngin yaşasınlar, sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar".
2021-ci ili Qalib ölkənin hərtərəfli inkişafı ili, şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, vətəndaşların problemlərinə və qayğılarına diqqətin artırılması ili kimi də səciyyələndirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müxtəlif müşavirə və görüşlərdə vətəndaşların problemlərinə qayğı və diqqətin artırılması, neqativ halların aradan qaldırılması, xüsusilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıq və tövsiyələrindən sonra vətəndaşların həm dövlət orqanlarına, həm də kütləvi informasiya vasitələrinə, o cümlədən bizim qəzetə ünvanladıqları müraciətlərin sayı artmışdır.
Bizə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində “Azərişıq” ASC-dən kömək istənilirdi. Biz də qəzetdə dərc olunmuş və “Muganinsesi.az” saytında verilmiş vətəndaş müraciətlərini və sakinlərin ərizələri əsasında hazırlanmış tənqidi yazıları aidiyyatı olaraq həmin təşkilata göndərərək görüləcək işlər barədə qanuna uyğun olaraq cavab istəmişdik.
Təəssüf ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti özünəməxsus qaydada “cavab vermişdir”. Bu ilin sentyabrın 7-də qəzetimizdə dərc edilmiş bir qrup Bulduq kənd sakininin şikayətləri əsasında hazırlanmış “Əkin sahələri susuz qalıb, səbəb transformatorun həddən artlq yüklənməsidir” başlıqlı tənqidi yazıda qaldırılan məsələnin həlli ilə bağlı tədbir görülməsi üçün Səhmdar Cəmiyyətin sədri Vüqar Əhmədova göndərdiyimiz məktuba ağlasığmaz “cavab” verilmişdir. Belə ki, göndərdiyimiz yazılı materiallar zərf qarışıq geri qaytarılmış, üstəlik Cəmiyyətin telefon nömrələri və bir də karguzarlığa dair təlimatın bir maddəsi əlavə olunmuşdur.
Təlimatın həmin maddəsi ilə Siz də tanış olun:
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kar­güzarlığın aparılmasına dair TƏLİMAT
25. Sənədin bütün nüsxələri imzalanır
İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanır.
Çox təəccübləndik. Məktuba əlavə edilən telefon nömrələri ilə əlaqə yaratdıq. Cəmiyyətin ümumi şöbəsindən Elmira xanımla söhbət etdik.
- Göndərdiyiniz dövlət orqanları üçün olan Təlimatın 25-ci maddəsinin (25. Sənədin bütün nüsxələri imzalanır) bizə nə aidiyyəti var?,- de­yə soruşduq.
Qəribə cavab verdi:
- Məktubun yazılış qaydasında rəhbərin adı göstərilməməlidir,-dedi.
Bu nə deməkdir?! Güman etdik ki, xanım məmur nə dediyini özü də başa düşmədi.
Biz də bəzi qanunvericiliyi, o cümlədən KİV haqqında Qanunun 8-ci maddəsini izah etdik: “Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ var və heç bir halda məhdudlaşdırıla bilməz”.
Birgə razılıq oldu ki, bir də həmin məktub ASC-yə göndərilsin. Vətəndaşların narahatçılığını nəzərə alıb elə də etdik. Üstəlik qəzetimizin 30 sentyabr 2021-ci il tarixli nömrəsində verilmiş “Elektrik təsərrüfatında ciddi problemlər var” digər tənqidi yazını da tədbir görülməsi üçün həmin sənədlərə əlavə etdik.
Bir neçə gündən sonra həmin məktub yenidən üstümüzə “qayıtdı”. Bu dəfə əvvəlki əlavələrlə birlikdə 4 oktyabr 2021-ci il tarixli 40 nömrəli məktubu ünvanladığımız ASC rəhbərinin, yəni öz sədrlərinin üstündən xətt çəkmişdilər. Niyə? Nə üçün?!
Vətəndaş müraciətlərinə, onları ictimailəşdirən mətbuata bu qədərdə saymamazlıq olmaz!
Dövlət orqanlarında kargüzarlığa dair Təlimatı dövlət orqanı olmayan mətbuata göndərməyə nə ad vermək olar?! Sadəcə savadsızlıq!
Həmin Təlimat məhz Sizin Səhmdar Cəmiyyətə aiddir. Eyni nömrəli (935) Fərmanla təsdiq olunmuş Təlimatın 90 və 91-ci maddələrini sizə xatırladırıq:
Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur (9 nömrəli əlavə).
Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir.
Dövlət orqanlarının sənədləri, təşkilatın fəaliyyətinin mühüm məsələlərinə dair başqa vacib sənədlər, habelə icrası üçün qərar qəbul etmək tələb olunan sənədlər təşkilat rəhbərinə, qalan sənədlər isə onun müavininə və ya struktur bölməsinin rəhbərinə verilir.
Vəzifəli şəxslərin ünvanına olan sənədlər, bir qayda olaraq, bilavasitə həmin şəxslərə verilir.
91. Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir.
Daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə verilir.
Bax belə... Daxil olan məktub sənəd sayılır. İcrası da vacibdir. Bəlkə də “Azərişıq” ASC-nın sədri Vüqar Əhmədovun bu “oyun”lardan xəbəri yoxdur. XƏBƏRDAR EDİRİK!
İ. DƏMİRQAYA
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter