• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Verginin tutulmasına əsas verən maddə də dəyişiklik gözlənilir

  • 12.11.2021, 16:37, Baxış sayı:
  • 365
Verginin tutulmasına əsas verən maddə də dəyişiklik gözlənilir

Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

Hazırki maddə

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;

işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;

Dəyişklik olunacaq qeyd

168.1.5-ci maddənin ikinci abzasında “güzəşt edilməsi” sözlərindən sonra “o cümlədən istifadəyə verilməsi” sözləri əlavə edilsin;

168.1.5-ci maddənin dördüncü abzasında “verilməsi” sözü “təchiz edilməsi” sözləri ilə əvəz edilsin və həmin abzasa “göstərilməsi” sözündən sonra “(işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda)” sözləri əlavə edilsin;

Yeni anlayış

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi o cümlədən istifadəyə verilməsi;

işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda);

İzah: İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerlə bağlı maddə vergi tutmanın əsas sayılan iş və xidmətin göstərildiyi yerlə bağlıdır və ƏDV tutulmasına əsas verən maddələrdən biridir. Göründüyü kimi iki yerdə əlavə qeyd olunub.
işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi dedikdə işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılır.

patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi o cümlədən istifadəyə verilməsi;

Güzəşt edilməsi dedikdə aşağıdakı anlayış başa düşülür.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.
Belə ki, Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.
Muğanın səsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter