Qeyd olunan izah Milli Məclisə layihə şəklində təqdim olunub. Ola bilsin ki, Milli Məclisdə müzakirə zamanı layihədə xırda dəyişikliklər olsun.
Maddə 164. Vergi ödəməkdən azad edilmə
164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:
Hazırkı məcəllədə olan maddə
164.1.7. kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.
Təklif olunan dəyişiklik və yeni anlayış
164.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışından (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
İzah - 1: Göründüyü siyahı genişlənib. Amma genişlənməklə bərabər məhdudiyyətlər də qoyulub. Belə ki, burada (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azad edilməsi və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmamasının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təqsdiq olunan KİV məhsulları, kitablar, dəsrliklər idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışından vergidən azad edilib ƏDV tutulmurdu. Yeni anlayışda siyahı burada konkretliyi müəyyən edərək bütün kütləvi informasiya vasitələri hədd qoyur. Bundan əlavə elektron kitablar əgər vergidən və idxalı ƏDV-dən azad olunurdusa və buna məhdudiyyət qoyulmamışdırsa yeni anlayışda elektron kitablar vergiyə və idxalı isə ƏDV-yə cəlb olunacaq. Bu o deməkdir ki, elektron kitabların qiyməti ənənəvi kağız formatında olan kitablardan baha ola bilər. Nəşriyyat və poliqrafiya fəaliyyəti 164.1.8 olduğu üçün bu qeyd ümumiləşdirilib.
Hazırkı məcəllədə olan maddə
164.1.8.
ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla)və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.
Təklif olunan dəyişiklik və yeni anlayış
164.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);”;
İzah - 2: Qeyd olunan maddədən ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla)və uşaq ədəbiyyatı cümləsi çıxarılıb.
Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 7 dekabr 1999-cu il tarixli 769-IQ №-li qanunun 3 maddəsinə nəzər salaq.
Kütləvi informasiya - axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;
Kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları;
Kütləvi informasiya vasitəsinin məhsulu - mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi;
Göründüyü kimi mətbu
kütləvi informasiya vasitələri məhsulları dedikdə mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi nəzərdə tutulur. Elektron kitablar istisna olmaqla həmin məhsulların yəni malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsindən (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
"Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait"dir.
Dərslik komplektləri dedikdə dərsliklə yanaşı onun yanında metodik vəsait, iş dəftəri və sair köməkçi vasitələr nəzərdə tutulur. Bu halda bunlar bütövlükdə yəni dərslik, metodik vəsait, iş dəftəri komplekt kimi səciyələnir. Hazırda da, Təhsil Nazirliyinin dərslikləri komplekt şəklində səciyyələndiyi üçün vergi anlayışında da bunlar bu formada təsbit edilir. Əvvəlki redaksiyada mötərizədə iş dəftəri istisna edilməklə qeyd edilirdisə indiki redaksiyada burada bötüv kompelekt nəzərdə tutulur və onların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
Əvvəlki redaksiyada uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya vergidən azad idi. Yeni redaksiyada uşaq ədəbiyyatı sözü çıxarılıb. nəşriyyat və poliqrafiya fəaliyyətində isə reklam xidmətləri istisna olmaqla (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
Hazırkı məcəllədə olan maddə
164.1.19. müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların
ehtiyat hissələri, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;
P.S. Qara hərflərlə olan cümələdən sonra əlavələr olunub.
Təklif olunan dəyişiklik və yeni anlayış164.1.19-cu maddəyə “ehtiyat hissələri” sözlərindən sonra “və xüsusi proqram təminatları” sözləri əlavə edilsin;
164.1.19. müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri,
xüsusi proqram təminatları, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;
P.S. Qara hərflərlə olan cümələ əlavə olunub.
İzah - 3: Qeyd olunan maddəyə xüsusi hərbi proqram təminatlarını özündə əks etdirərək onun (ixracından başqa) təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
Hazırkı məcəllədə olan maddə
164.1.34. bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların,habelə
siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı;
P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olub.
Təklif olunan dəyişiklik
164.1.34-cü maddədə “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş” sözləri çıxarılaraq “bilavasitə” sözündən əvvələ əlavə edilsin;
aşağıdakı məzmunda 164.1.34-1 və 164.1.34-2-ci maddələr əlavə edilsin:
“164.1.34-1. kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına müəyyən haqla və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi;
164.1.34-2. kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;”;
Yeni anlayış164.1.34. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların,habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı;
“164.1.34-1. kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına müəyyən haqla və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi;
164.1.34-2. kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;”;
İzah – 4: Əvvəlki redaksiyada kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışının siyahısı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nəzərə alınırdısa yeni dəyişiklikdə hissəyə yəni siyahı təsdiq olunarkən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır. Bu da nəzarətin güclənməsinə yönəldilmiş addımdır. Bundan əlavə maddəyə yarım bəndlərdə əlavə olunub.
1. Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına müəyyən haqla və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
2. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi (ixracından başqa), malların təqdim edilməsinin, işlər görülməsinin vergidən azaddır və habelə idxalın maddədə qeyd olunan növlərindən ƏDV tutulmur:
Hazırkı məcəllədə olan maddə
164.1.41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin
idxalı;
P.S. Qara hərflərlə olan sözdə dəyişiklik olub.
Təklif olunan dəyişiklik
164.1.41-ci maddədə “idxalı” sözündən sonra “və satışı” sözləri əlavə edilsin;
aşağıdakı məzmunda 164.1.41-1 və 164.1.41-2-ci maddələr əlavə edilsin:
“164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
164.1.41-2. elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;”
Yeni anlayış
164.1.41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ;
“164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
164.1.41-2. elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;”
İzah – 5: Əvvəllər əgər ölkəyə gətirilən avtomobillər vergidən azad idisə indi onların satışı da vergidən azad olunacaq. Bundan əlavə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olunacaq.
Hazırkı məcəllədə olan maddə
164.1.46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə
edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
P.S. Qara hərflərlə olan sözdə dəyişiklik olub.
Təklif olunan dəyişiklik
164.1.46-cı maddədə “edilən” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;
Yeni anlayış
164.1.46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
İzah - 6 : Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr müvafiq qurum tərəfindən siyahısı təsdiq olunduqda vergidən azad olunur.
Hazırkı məcəllədə olan maddə
164.1.48. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın1-dən 2 il müddətinə;
P.S. Qara hərflərlə olan rəqəmdə dəyişiklik olub.
Təklif olunan dəyişiklik
164.1.48-ci maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
Yeni anlayış164.1.48. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın1-dən
4 il müddətinə;İzah - 7: Müddət artırılıb.
Rauf QARAYEV, iqtisadçı-ekspert