Gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpini davam edir
- 11.11.2021, 15:26, Baxış sayı:
- 401
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunda gələn ilin məhsulu üçün 20 min hektaradək sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Rayonun ərazilərində arpa və buğda səpini davam edir. İndiyədək 10.672 hektar sahəyə arpa və buğda toxumu səpilib. Kürkəndi, Moranlı, Şəhriyar, Qaratəpə, Cavad, Azadakənd inzibati ərazi dairələrinin taxılçıları əkində xüsusilə fərqlənirlər. Payızlıq dən bitkilərinin səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 1.416 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli toxumları digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.
Rayon üzrə səpin kampaniyasına kifayət qədər traktor və toxumsəpən aqreqat cəlb edilib.
“Muğanın səsi”