• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir

  • 03.11.2021, 17:51, Baxış sayı:
  • 453
Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir
İntiqam
QURBANOV,
rayon Telekommunikasiya Qovşağının
baş mühəndisi

Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Sevindirici haldır ki, böyük strateji əhəmiyyətə malik Füzuli- Şuşa avtomobil yolunun inşasında da türk şirkətləri yaxından fəaliyyət göstərməkdədir. Tikintisində qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin fəal iştirak etdiyi, regionun gələcək inkişafında xüsusi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanının artıq açılışı reallaşıb. Bu tarixi və xoşbəxt günümüzdə qardaş Türkiyə dövləti sevincimizə şərikdir. Belə ki, Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Hava Limanının açılışında iştirak etdi. Dövlət başçımız cənab İlham Əliyevlə bərabər qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi köklərə malik münasibətlərimizin ən yüksək səviyyədə olmasını sübut etməklə yanaşı, böyük rəmzi məna daşıyır. Çünki qardaş Türkiyə Prezidenti Füzuli Aeroportuna daxil olan ilk qonaq oldu.
Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Açılması üçün ölkələrimizin böyük səy göstərdiyi Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Oktyabrın 26-da təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.
Xalqımız Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter