• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır

  • 28.10.2021, 22:06, Baxış sayı:
  • 388
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana  növbəti səfəri dünyaya mesajdır
Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq bu rəsmi mərasimlər bölgədə keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, atılan birgə addımlar tarixdə əbədi qalacaq. Ölkələrimiz bu tarixi birlikdə yazır.
Həmçinin “Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik”, - söyləyən Ali Baş Komandanımız onu da qeyd etdi ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin elə ilk saatlarında Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi.
Eyni zamanda, dövlətimizin başçısı “Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz deyərək” bəyan etdi ki, bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Prezident Ərdoğan isə öz növbəsində bəyan etdi ki, növbəti səfər zamanı Azərbaycanın işğaldan azad edilən bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyi, necə sürətlə inkişaf etdiyi açıq-aydın göründü. “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir”, - deyən Türkiyə Prezidenti bildirdi ki, Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə Naxçıvan ilə birləşdirəcək yolların inşası bütövlükdə bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Bütövlükdə görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.
Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Ermənistana mesajlar da verdi. Dedi ki, qarşı tərəf Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Bəli, biz yenə birlikdə öz həmrəyliyimizi, sarsılmazlığımızı nümayiş etdirdik, biz yenə birlikdə öz mesajımızı verdik. Söz, addım, seçim isə artıq qarşı tərəfindir. Hansı addım atılacaqsa, anında da ona müvafiq adekvat cavabı, qarşılığı olacaq.
Birliyimiz, Qələbə və Zəfərlərimiz mübarək olsun!”.

Güllü Nəsirova,
Sabirabad Rayon Mərkəzi
Xəstəxanasında həkim-pediatr
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter