• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımız Türkiyənin dəstəyini yüksək qiymətləndirir

  • 03.11.2021, 17:48, Baxış sayı:
  • 389
Xalqımız Türkiyənin dəstəyini yüksək qiymətləndirir
Əhməd ƏHMƏDOV,
Güdəcühür köçkün düşərgəsindəki Cəbrayıl rayon
11 saylı tam orta məktəbinin
direktoru

Oktyabrın 26-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş nümayəndə heyəti ilə işğaldan azad edilmiş Qarabağ torpağına növbəti rəsmi səfəri günümüzün çox böyük tarixi və siyasi hadisəsidir. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür. Prezidentlər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular. Bu da öz növbəsində Naxçıvan, ordan isə Türkiyə ilə avtomobil nəqliyyatı ilə birləşməyimizi təmin edəcək. Bu hadisə olduqca əhəmiyyətli təməlqoyma mərasimi olmaqla mənəvi və iqtisadi perspektivləri ehtiva edir. Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacını əkməsi, Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq, Qardaş ölkənin prezidentinin ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını müzəffər Ali Baş Komandanımıza təqdim etməsi və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir.
Səfər çərçivəsində açılış və təməlqoyma mərasimləri, eyni zamanda görülən işlərlə tanışlıq böyük rəmzi məna daşıyır. Füzuli aeroportunun açılması həmçinin Azərbaycanın qısa zamanda gördüyü böyük işlərin göstəricisidir. Bir ildən qısa zamanda hazırlanan hava limanı, həmçinin işğaldan azad olunan digər ərazilərimizdə görülən nəhəng işlər bir tərəfdən Azərbaycanın gücünü göstərirsə, digər tərəfdən də gələcəkdə bu bölgələrin regionun iqtisadi mərkəzlərdən birinə çevrilməsinin anonsunu verir. Düşünürük ki, aeroportun açılması bu bölgələrimizə xarici investisiyaların gəlməsini də sürətləndirəcək.
Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün Türk dünyası üçün inam, güc və əzm, antimilli qüvvələr üçün qorxu və təşviş, bəzi dairələrə isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan və Türkiyə liderlərinin birgə səyi regionda sülhün qarantıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter