• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Böyük Qayıdış” BAŞLAMIŞDIR

  • 16.10.2021, 21:49, Baxış sayı:
  • 379
“Böyük Qayıdış”  BAŞLAMIŞDIR
30 ilə yaxın bir müddətdə ermənilər Azərbaycan torpaqlarının otuz faizini işğal altında saxladılar. Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurdular. Strateji obyektlərdən istədikləri kimi istifadə etdilər. Azərbaycan əsgərləri “dəmir yumruq” əməliyyatı keçirərək bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərməklə cəmi 44 gün ərzində müqəddəs torpaqlarımızı düşməndən azad etdilər.
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası çox vacib və qürurvericidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində tam qələbə qazanmışdır. Bu Zəfərin əldə olunmasında xalq - iqtidar birliyi mühüm əhəmiyyət kəsb etmişdir. İgid Azərbaycan əsgəri xalqımızın yeni tarixini yazdı, şanlı qəhrəmanlıq tariximiz ilə hər birimiz fəxr edirik. İşğaldan azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Azərbaycan xalqı Qarabağa bu torpaqların sahibləri kimi qayıtmışdır və azad edilmiş bütün torpaqlarda-Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Bu bayraq burada əbədi dalğalanacaq. Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır: “Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter