• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda "Zəfər" adlı musiqi festival keçirilir

  • 15.10.2021, 15:25, Baxış sayı:
  • 326
Sabirabadda "Zəfər" adlı musiqi festival keçirilir
Sabirabad, Ağdaş, İsmayıllı, Şəmkir regional mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qələbənin əldə edilməsi, regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, istedadlı uşaqların aşkara çıxarılması və dəstəklənməsi məqsədi ilə 11-22 oktyabr 2021-ci il tarixlərində xalqı çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə "Zəfər" adlı musiqi festivalı keçirilir.

Festivalın növbəti seçim turu 15 oktyabr 2021-ci il tarixlərində Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr – Zəfər Gününün çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq qələbəsi olduğunu qeyd etmiş, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində “Zəfər” adlı regional musiqi festivalının təşkil olunmasının Azərbaycan mədəniyyətinin inkişafına, tariximizin mədəni nümunələrdə yaşadılmasına töhfə verən əlamətdar tədbirlərdən biri olduğunu vurğulamışdır.

Musiqi festivalının münsiflər heyəti - Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin xalq çalğı alətləri şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Cəfər Qafarlı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Anar Niftullayev, Zərdab şəhər Uşaq İncəsənət məktəbinin direktoru Nicat Əliflidir. Birinci turda çıxış edən iştirakçılar münsiflər heyəti tərəfindən 10 bal sistemi ilə qiymətləndirilir.
Festival qaliblərinin yekun Qala konserti və mükafatlandırılması 2021-ci ilin noyabr ayının ilk 10 günlüyündə Qəbələ şəhərində keçiriləcəkdir.
Sabirabad Regional Mədəniyyət İdarəsinin mətbuat xidməti
Sabirabadda "Zəfər" adlı musiqi festival keçirilir
Sabirabadda "Zəfər" adlı musiqi festival keçirilir
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter