• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bunu bilirdinizmi? Bakı Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Sabirabadda

  • 17.11.2020, 12:17, Baxış sayı:
  • 699
Bunu bilirdinizmi? Bakı Xalq Komissarları Sovetinin sədri  Nəriman Nərimanov Sabirabadda

1920-ci ilin sentyabrında Bakı Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov malyariya xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi komissiyanın müşaiyəti ilə Sabirabadda (o vaxtkı Petropavlovka) olub. 1920-ci il sentyabrın 30-dan oktyabrın 10-dək davam edən səfər son dərəcə maraqlı və faydalı keçir. Gəmi ilə Sabirabada gələn Nəriman Nərimanovu Mirzə Ələkbər Sabirin qızı Səkinənin yeznəsi Mirmurtuza ağa qarşılayır və qonaq edir. Deyirlər ki, Mirmurtuza ağa gəminin lövbər saldığı Kür çayı sahilindən evlərinə qədər yola xalça və gəbə döşətdirir. Əhali Nəriman Nərimanovu duz-çörəklə qarşılayır, ona böyük ehtiram göstərir. Mirmurtuza ağa evində onun şərəfinə ziyafət verir. Səfərin yekunu olaraq Nəriman Nərimanov rayon mərkəzində yeni xəstəxa­nanın tikintisinə qərar verir.
Nəriman Nərimanov ertəsi ildə savadsızlığın ləğvi ilə əlaqədar iki­nci dəfə Sabirabada səfər edir. Yenə də Mirmurtuza ağanın qona­ğı olur. Qayıtdıqdan sonra rayon mərkəzində məktəb tikintisinə göstəriş verir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter