• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Halallığı hər şeydən üstün tutan ağbirçək Səkinə nənəmiz

  • 19.03.2021, 18:03, Baxış sayı:
  • 547
Halallığı hər şeydən üstün tutan ağbirçək Səkinə nənəmiz
Bu günlərdə Sabirabar rayonunun Axtaçı-Muğan kəndinin yaşlı sakini Səkinə Əliyeva ilə görüşüb həmsöhbət oldum.
Maşallah, yaşından çox qıvraq görünən, sifətindən bir istilik, qaynarlıq duyulan, davranışı, hərəkətləri yerli-yerində olan Səkinə nənəni dinlədikcə doymaq bilmirdim. O, sinəsindəki kitabəni, az qala bütöv bir əsrin acılı-şirinli olayları toplanmış kitabəni danışırdı. Danışdıqca da yüngülləşirdi. Bir kövrək sinədə əsrin yükünü gəzdirmək sizə asan gəlməsin. Səkinə nənə danışdıqca gözlərim onun qırış-qırış olmuş çöhrəsində və barmağındakı nişan üzüyündə ilişib qalmışdı. Nişan üzüyü Səkinə nənənin cavanlığını yada salır, sifətindəki qırışlar isə bütöv bir ömürdür. Ötən XX əsrdən bu əsrə körpüdür.
Səkinə nənədən anadan olduğu tarixi və yeri soruşdum. Deyir ki, Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində 1927-ci ildə doğuldum. 1948-ci ildə bizi Ermənistandan deportasiya etdilər. Həyat yoldaşım Aydın Əliyev Böyük Vətən müharibəsi veteranı idi. Müharibənin sonunadək igidliklə vuruşaraq orden və medallar almışdı. 1982-ci ildə dünyasını dəyişib.
Öyrəndim ki, Səkinə nənə cavanlığında 3-4 adamın işini görüb. Sağıcı işləyib, pambıq yığıb. Hələ yaxşı işinə görə təltiflər, mükafatlar da alıb...
Səkinə nənə deyir ki, işimə həmişə məsuliyyətlə yanaşmışam. Halallığı hər şeydən üstün tutmuşam, fiziki iş görməkdən yorulmamışam. İndinin özündə də zəhmətsiz, işsiz dayana bilmirəm. Ona görə də belə gümrah qalmışam.
Səkinə nənənin iki oğlu, 8 nəvəsi, 7 nəticəsi var.
E. XƏLİLOĞLU
Q. KƏRİMOV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter