• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MÜDRİK ANALARIMIZ. SİNƏSİ “BULAQ” NƏNƏ

  • 18.02.2021, 12:22, Baxış sayı:
  • 589
MÜDRİK ANALARIMIZ. SİNƏSİ “BULAQ” NƏNƏ
Sabirabad rayonu Yolçubəyli kənd sakini, 90 yaşlı Surə Qərib qızı Cabbarovanın (Surə Qəribqızı) sinəsində neçə-neçə yazılmamış əsər yatır. O, söhbətə başlayanda sözləri muncuq kimi “sapa” elə düzur ki, heyran qalırsan. Biz onunla görüşəndə Surə nənə öncə atası, rəhmətlik Şirvanlı Aşıq Qəribdən söhbət saldı. Dedi ki, atası müdrik, hazırcavab bir insan olub. Sonra Surə nənə düzüb-qoşduğu söyləmələrdən, bayatılardan “gülləmə” elədi, biz də “qom” bağladıq:
Kür çayı yaman gəlir,
Burulub duman gəlir.
Yollara bax, ay oğlan,
Gör necə ceyran gəlir.

Ağam, gəl, ay ağam, gəl,
Ölməmişəm, sağam, gəl.
Belində misri toqqa,
Yolunda dustağam, gəl.

Pəncərədən baxdı yar,
Çıxdım, gördüm yoxdu yar.
Nə özündə can qoydu,
Nə də məndə ixtiyar.

Əzizinəm bir üzə,
Göldə ördək bir üzə.
Qorxuram naşı bağban,
Bir sındıra, bir üzə.

***
11 uşaq anası, 39 nəvəsi, 63 nəticəsi, 4 kötücəsi olan sinəsi “bulaq” Surə nənənin söyləmələri, bayatıları, şeirləri çoxdur. Onlardan bir kitab bağlamaq olar. Surə nənənin hazırda 10 övladı var. Böyük oğlu Mehman toy gününün səhəri elektrik cərəyanı vurması nəticəsində 22 yaşında dünyasını dəyişib. Oğlunun faciəli ölümündən sonra Surə nənə sinədən bədahətən şeirlər deməyə başlayıb.
Surə nənənin oğlu Qiyas Cabbarov da poeziya həvəskarıdır. BDU-nun məzunu olan, ədəbiy­yatdan dərs deyən Qiyas müəllim vaxtaşırı öz şeirləri ilə dövrü mətbuatda çıxış edir.
Surə nənəyə can sağlığı arzulayırıq!

E. XƏLİLOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter