• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xərc yoxsa uçot (əsas vəsait)?

  • 15.01.2022, 23:04, Baxış sayı:
  • 982
Xərc yoxsa uçot (əsas vəsait)?
Bir çox özəl sahələrdə vəsait daxil olanda mühasibləri sual düşündürür. Bunu əsas vəsait kimi qəbul edim yoxsa bir başa xərcə silim?
Misal olaraq 1000 manatlıq A printer və 300 manatlıq B printer var. Hər ikisi təşkilata daxil olur. Bu halda Vergi qanunvericiliyinə nəzər salaq. Vergi Məcəlləsinin 13.2.17. maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.

Qeyd olunan maddə üzrə aşağıdakı tələb ortaya çıxır.
1. İstifadə müddəti bir ildən çox olan
2. Dəyəri 500 manatdan çox olan
3. Vergi Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli
4. Maddi aktiv


Printerin müddətlərinə baxaq:

A printer və B printerin hər ikisini istifadə müddəti 1 ildən artıq ola bilər. Bu halda 1-ci şərti qəbul edə bilərik. İş prinsipindən aslı olaraq ola bilər ki, B printer daha tez sıradan çıxsın. Amma hər halda hər halda 1-ci şərtə hər ikisi uyğun gəlir.

Printerin dəyərinə nəzər salaq:

A printerin dəyəri 1000 manat, B printerin dəyəri 300 manatdır. Qeyd olunan tələb isə dəyəri 500 manatdan çoxu özündə əks etdirir. Demək 300 manatlıq B printer tələblərə uyğun deyil. A printerin dəyəri 500 manatdan yüksək olduğu üçün bu qeyd nəzərə alınır.
Amortizasiya edilməli:
Amortizasiya edilməyən: Məcəllənin 114.2. maddəsinə əsasən torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

Printerlər "Mühasibatlıq haqqında" qanunla bağlı nəzər salaq.

Vahidinin və dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddinin iyirmidə bir hissəsi qədər olan azqiymətli əşyalar istismara verildikcə onların dəyərini birbaşa məsrəflərə aid etmək olar.Qeyd olunan hal Azərbaycan Respublikası Mühasibat uçotu haqqında 998 saylı 1995-ci il tarixli qanunun 18 maddəsində öz əksini tapmışdır. Həmin qanuna əsasən printerləri müqayisə etsək.
500: 20 = 25 manatını azqiymətli əşyalar istismara verildikcə onların dəyərini birbaşa məsrəflərə aid etmək olar. Həmin maddə qeyd olunur ki, müəssisədə, bu maddənin 8-ci bəndində nəzərdə tutulmuş əmək vasitələri, əşyaları (8-ci bəndin «e», «k» və köhnəlmə hesablanmaYan «l», «m» yarımbəndlərindən başqa) anbardan istismara verildikcə onların vahidinin, yaxud dəstinin dəyərinin 50 %-i miqdarında köhnəlmə hesablanmaqla, qalan 50 %-i isə istismar müddətində yararsız olub silindikcə (mümkün istifadə dəyəri çıxılmaqla) xərclərə aid edilir. 8-ci bənd isə Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınır sözünü özündə birləşdirir.
Bizim 300 manatlıq B printerinə nəzər salsaq 300:50% = 150 manatını istifadə yəni istismar olunduğu zaman silmək olar. Qalan 150 manatı isə yarasız hala düşdükdə aktla silinir. Amma bu qanun artıq dəyişdiyi üçün artıq belə qeydlər etmək mümkün deyil.
Azərbaycan Respublikası Mühasibat uçotu haqqında 716 – IIQ saylı 29 iyun 2004-cü il tarixli qanuna əsasən bu anlayış artıq yoxdur. 18 maddə isə keçid müddəalarla bağlıdır.


144 maddəyə nəzər salaq.

114-cü maddəyə əsasən A və B adlı printerlərə amortizasiya hesablamaq olar.

Maddi aktiv

Mühasibatlıq baxımdan 16 nömrəli standarta əsasən torpaq, tikili və avadanlıqlar – aşağıdakı meyarlara cavab verən maddi aktivlərdir:
(a) istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində istifadə
edilməsi, digər tərəflərə icarəyə verilməsi və ya inzibati məqsədlər üçün saxlanılması məqsədilə
saxlanılan;
(b) bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən.

Vergi Məcəlləsinin 13.2.9 maddəsinə əsasən qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardı.

Vergi baxımdan isə qeyri-maddi aktivlərin açıqlamasından görünür ki, onlar əsas vəsait hesab edilmir və hətta onlara amortizasiya hesablansa da, onlar əsas vəsait kimi qəbul edilmir.
Mühasibatlıq baxımdan isə uyğun gələ bilər. Bu baxımdan A və B printerləri maddi aktiv kimi qəbul olunur. Ümumi Vergi Məcəlləsinin yuxarıda sadalanan hallara nəzərə salaraq belə qənaətə gəlmək olar ki, yalnız A printer əsas vəsait kimi qəbul olunacaq. Səbəb 4 tələblərin hamısına uyğun gəlir. B printerin dəyəri 500 manatdan aşağı olduğu üçün əsas vəsait kimi nəzərə alınmayacaq.

Bəs mühasibat standartları baxımından?

16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartlarına baxaq.
Torpaq, tikili və avadanlıqlar obyekti yalnız aşağıdakı şərtləri təmin etdikdə, aktiv kimi tanınmalıdır:
(a) həmin obyektlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edildikdə;
(b) obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə.
Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:
(a) alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla ümumi sərf edilən məsrəflər;
(b) aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər; (c) obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.
Birbaşa məsrəflərin aşağıdakı nümunələrini göstərmək olar:
(a) bilavasitə torpaq, tikili və avadanlıq obyektlərinin əldə olunması və inşa edilməsi üzrə işçilərin mükafatlandırılması (“İşçilərin mükafatlandırılması”adlı 19 No-li MUBS-da qeyd olunduğu kimi) ;
(b) ərazinin hazırlanması üzrə məsrəflər;
(c) çatdırılma və boşaldılma məsrəfləri;
(d) inşa edilmə və montaj məsrəfləri;
(e)torpaq, tikili və avadanlıq obyektinin yerləşdiyi əraziyə və istismara hazır vəziyyətə gətirilməsi zamanı istehsal olunan hər hansı obyektlərin (məsələn, avadanlığın sınaqdan keçirilməsi zamanı istehsal olunan nümunələrin) satışından əldə olunan xalis mədaxilin çıxılması şərtilə, bu obyektin düzgün işləyib-işləməməsini yoxlamaq məqsədilə sınaq əməliyyatları üzrə məsrəflər;
(f) peşəkar xidmətlərə görə mükafatlar.

Mühasibatlıq baxımdan belə qənaətə gəlmək olar ki, A və B printeri mühasibatlıq baxımdan əsas vəsait kimi qəbul olunmalıdır. Səbəb odur ki, burada artıq dəyər (VM baxımdan 500 manatdan artıq) nəzərə alınmır və aşağıdakı meyarlar əsas götürülür.

1. Bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən.
2. Gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edilə bilinər.

İqtisadçı-ekspert Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter