• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda unun və çörəyin qiymətinin bahalaşması ilə bağl AÇIQLAMA

  • 27.01.2021, 13:15, Baxış sayı:
  • 522
Azərbaycanda unun və çörəyin qiymətinin bahalaşması ilə bağl AÇIQLAMA

Benzinin və dizelin qiyməti bahalaşdıqdan sonra çörəyin çəkisində müəyyən qədər azalmalar müşahidə olunur. Hətta unun və çörəyin qiymətinin bahalaşması ilə bağlı iddialar da səsləndirilir. Azərbaycanda unun və çörəyin qiyməti bahalaşa bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, benzinin və dizelin qiyməti qalxdığından əvvəlcədən proqnozlaşdırılırdı ki, bütün növ məhsulların maya dəyərinin artmasına gətirib çıxaracaq:
"O cümlədən də çörəyin bahalaşmasını şərtləndirəcək. Çünki məhsulların maya dəyərindən az və ya çox yanacaq öz rolunu oynayır. Başqa məsələ ondan ibarətdir ki, bütün növ xidmətlərin qiymətlərinin artması son nəticədə əlavə mənfəət normasının artırılması zərurətini yaradır. Çünki sahibkar da öz gəlirlərini artırmalıdır ki, həm ailə büdcəsində, həm də işlətdiyi müəssisədə xərclər kompensasiya edilə bilsin. Əgər çörəyin qiymətinin artmasına psixoloji təzyiq varsa, qiymətlərin bahalaşmasına imkan vermirlərsə, bu zaman sahibkarlar alternativ yol kimi çörəyin çəkisini azaltmağa başlayacaqlar".
Rəşad Həsənov vurğulayıb ki, həm mövsümi, həm də qeyd olunan səbəblərdən yəni maya dəyərinin və daşınması ilə bağlı xərclər artdığına görə unun qiymətində müəyyən bahalaşmaların olması gözlənilir:
"Nə qədər artması hələlik bilinmir. Bunu bazar müəyyən edəcək. Amma bazardan çox bu istiqamətdə dövlətin dəstəkləyici müdaxiləsi olur. Düşünürəm ki, kəskin qiymət artımı olarsa, dövlət prosesə müdaxilə etməklə çalışacaq ki, müəyyən dövr ərzində qiymət artımının qarşısını alsın. Xatırlayırsınızsa yanacağın qiyməti artanda bildirmişdi ki, heç bir məhsulun qiyməti bahalaşmayacaq. Çörək də xüsusi məhsul növü olduğu üçün, bu istiqamətdə daha köklü mövqe ortaya qoyula bilər".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter