• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Həmyerlimiz, şair-publisist Səttar Qarağaclının kitabının təqdimat mərasimi keçirilib

  • 04.08.2022, 10:48, Baxış sayı:
  • 638
Həmyerlimiz, şair-publisist Səttar Qarağaclının kitabının təqdimat mərasimi keçirilib
Həmyerlimiz, şair-publisist Səttar Qarağaclının kitabının təqdimat mərasimi keçirilib
Həmyerlimiz, şair-publisist Səttar Qarağaclının kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-publisist Səttar Qarağaclının "Öz dünyam, söz dünyam" adlı yenicə işıq üzü görmüş şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir. Səttar Qarağaclı tədbiri giriş sözü ilə açaraq toplantı iştirakçılarını salamlamış və tədbiri təşkil edənlərə, iştirakçılara öz minnətdarlığını bildirmişdir.
Filoloq, qiraətçi Mehman Mayılxanlının aparıcılığı ilə keçən ədəbi-musiqili tədbirdə şairlərdən AYB-nin üzvü, Prezident təqaüdçüləri Musa Ələkbərli və Rahil Məmməd, Vaqif Nəsib, kitabın texniki redaktoru Süleyman Mustafaoğlu Səttar Qarağaclının yaradıcılığının özəl və üstün cəhətlərindən danışmışlar.
Poeziyanın və musiqinin axarında davam edən tədbirdə şairin şeirləri və əsərlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir. Respublikanın Əməkdar artisti, muğam ustadı Nuriyyə Hüseynovanın və onun qızı, " Simurq" mükafatı laureatı, gənc bəstəkar-ifaçı Çilənay Hüseynovanın, nasir, şair, bəstəkar- müğənni, ifaçı Zəka Vilayətoğlunun ürək sözləri və mahnıları, həmçinin şairin şeirlərinin gözəl qiraətçisi, Özbəkistanda Əlişir Nəvainin qəzəlləri üzrə keçirilən festivalın laureatı Müşfiqə Baləddinqızının çıxışı tədbirdə bir gözəllik yaratmışdır.
Tədbirdə Səttar müəllimin şağirdi, 2 dəfə Respublika “Bilik” yarışmasının qalibi, hazırda Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Telli İmanova, şairin tələbə yoldaşlarından Leyli İsmayılova, Zümrüd Cəbiyeva, Rəhilə Abbasova, Firudin Qurbansoy, Akif Qəribov, həmçinin qardaşı Məhərrəm Xudiyev, həyat yoldaşı Səadət Xudiyeva və qızı Aynur Xudiyeva çıxış edərək Səttar Qarağaclıya yaradıcılıq uğurları arzulamışlar.
Tədbir iştirakçılarına kitablar hədiyyə olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.

Elçin NƏSİB,
Muğanın səsi”

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter